Ramin Cahangirzadə
gecədir günəşin rəngi ağarıb
deyirlər tanrı Şit Mələklərini
Urmu gölünə göndərəcək
o bu gecə hamıya sübut edəcək ölməyini
gizlincə məni arasanda
gözlərim daha yol çəkmir
bax mən necə də qatmaqarışığam bu gecə
burda mənəm gözümdən iraq
Bəğdadda kor Xəlifə gözünə gözlük taxanda
mən elə bilirdim
Ayı ilə bir çuvala girmək olar
olmaz yaramda var milçək yumurtası
sən mənim halıma baxma
bir az beynimin qurtları dəbərəndə
belə oluram
belə olmasın gecənin xeyiri
mən şər ölkəsində
gecəniz xeyirli olsun deyirəm
diliniz lal olsun
dilimə söz gəldi gecənin yarısı
gecənin yarısı
gecənin qarası
dedilər qurudu
qurumadı qurutdular kökündən
bir az yaxına gəl
gəl!
lap yaxına
aley
gecədir günəşin rəngi ağarıb
deyirlər tanrı Şit Mələklərini
Urmu gölünə göndərəcək
o bu gecə hamıya sübut edəcək ölməyini
gizlincə məni arasanda
gözlərim daha yol çəkmir
bax mən necə də qatmaqarışığam bu gecə
burda mənəm gözümdən iraq
Bəğdadda kor Xəlifə gözünə gözlük taxanda
mən elə bilirdim
Ayı ilə bir çuvala girmək olar
olmaz yaramda var milçək yumurtası
sən mənim halıma baxma
bir az beynimin qurtları dəbərəndə
belə oluram
belə olmasın gecənin xeyiri
mən şər ölkəsində
gecəniz xeyirli olsun deyirəm
diliniz lal olsun
dilimə söz gəldi gecənin yarısı
gecənin yarısı
gecənin qarası
dedilər qurudu
qurumadı qurutdular kökündən
bir az yaxına gəl
gəl!
lap yaxına
aley
Комментариев нет:
Отправить комментарий