26.04.2014

Türk kardeşlərimiz azərbaycanlıları qul ediblər

Türk şirkəti azərbaycanlıları gəmidə qul kimi işlədib it günündə saxlayırmış

Türkiyənin Mersin limanında qeydiyyatdan keçmiş gəmçilik şirkətinə məxsus və heyət üzvləri arasında Azərbaycan vətəndaşlarının da olduğu “Munzur” quru yük gəmisi İngiltərənin Kornvell əyalətindəki Fouvey limanında saxlanılıb.
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, “Anmar Beynəlxalq Nəqliyyat və Dənizçilik” adlı şirkətə məxsus gəmidə heyət üzvləri ilə kölə kimi rəftar edilməsi faktı ortaya çıxıb.
Xəbərlərdə bildirilir ki, gəmi əvvəlcə İngiltərənin Dənizçilik və Sahil Mühafizə Agentliyi tərəfindən aşkara çıxarılan texniki nasazlıqlar səbəbindən saxlanılıb. Daha sonra agentliyin əməkdaşları gəmiyə baxış keçirəndə heyrətə gəliblər.
Məlum olub ki, Azərbaycan, Hindistan, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları olan 12 nəfərlik heyət üzvləri ilə gəmidə qul kimi rəftar edirlər. Üstəlik heyət üzvləri antisanitariya vəziyyətində yaşayır və aylardır onların əmək haqları da verilmir.
Gəminin aprelin əvvəllərindən bu yana limanda saxlanıldığı bildirilir. İngiltərə rəsmilərinin gəminin heyət üzvlərinə olan 35 min dollarlıq maaş borcunun ödənilməsi üçün şirkətə verdiyi müddət aprelin 23-də bitib.
Beynəlxalq Yükdaşıma İşçiləri Federasiyasının nümayəndəsi Darren Proktor gəmiyə baş çəkəndən sonra deyib ki, onun sahiblərini məhkəməyə verəcəklər.
“Gəmidəki həyat şərtləri bərbaddır. Bu şərtlər altında heç it də yaşamaz. Gəminin buraxılmasından söhbət gedə bilməz. Bu vəziyyət müasir dövrün köləliyidir” - deyə o bildirib. /politika.az/

Комментариев нет:

Отправить комментарий