Azərbaycanlı müğənni Natəvan Həbibi may ayının 17-i, Laçın rayonunun işğal olunduğu gün konsert verməyə hazırlaşır. Bu başlıqla olan xəbər bugünkü saytların əsas xəbəri idi. Sosial şəbəkələrdə isə bu xəbər əməlli-başlı müzakirə mövzusu oldu.
XeberLent.az informasiya agentliyi olaraq, biz də xanım müğənnidən məsələyə münasibət bildirməsini istədik. Natavan xanımın özü telefonuna cavab vermədiyindən köməkçisi Aysu xanım bizə açıqlamasında bunları dedi:
“Bunu kim deyir ki, Laçın rayonunun işğalı May ayının on yeddisidir? Mən sizin vasitənizlə ictimaiyyətə bildirirəm ki, Natavan xanım rəsmi sənədləri göstərməklə bir daha sübut edəcək ki, o, işğal günü yox, məhz ondan bir gün qabaq konsert verir. Yəni Laçının işğalı May ayının on səkkizidir."
Qeyd edək ki, Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr olan rayonun əhalisi işğala qədər 64 min nəfər olub.
Abbas Əlioğlu

Комментариев нет:
Отправить комментарий