19.04.2014

Tural Adışirin - İstədim unudum

İstədim unudum, elə unudum
Birdə düşməyəsən yadıma mənim.
Yoxluğun qəlbimi alışdıranda.
Baxa bilməyəsən oduma mənim.

İstədim unudum, elə unudum,
Əhdini unutmuş bir yoldaş kimi.
Səsin qulağıma çatmasın mənim,
Quyuya atılmış qara daş kimi.

İllər, aylar keçsin düşmə yadıma,
Görməyim o, saxta kölgəni belə.
Undum ilk dəfə görüşdüyümüz,
O yeri, o yolu döngəni belə.

İstədim unudum, nə olsun axı?
Ruhum öz yerini tapıb səndə tək,
Çıxasan yadımdan elə çıxasan,
Allahın yadında çıxan bəndətək.

İstədim yoxluğun üzməsin məni,
Artıq səbrim çatmır dayanım durum.
Əlacım odurki unudum səni,
Unudum? bəs onda necə unudum.

Bilmədim bir haram, ucuz bəndəni.
Allah bir bu qədər sevə bilərmiş.
Bilmədim quyuya atılan daşda,
Nə vaxtsa səs edib dinə bilərmiş.

Комментариев нет:

Отправить комментарий