17.04.2014

Qazax sahibkar yəhudi oliqarxın başına 1 milyon qoydu

Qazaxıstanlı sahibkar Yermek Tayçibekov Ukraynanın Dnepropetrovsk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İqor Kolomoyskinin başına 1 milyon rus rublu pul qoyub. 
“Axar.az” xəbər verir ki, qazax sahibkar şərtinin mayın 1-nə qədər qüvvədə qalacağını bəyan edib. Tayçibekov hərəkətini Kolomoyskinin Ukraynada ruslara qarşı tətbiq etdiyi “ov”a cavab kimi dəyərləndirib. Onun sözlərinə görə, yerindən və milliyyətindən asılı olmayaraq, onun sifarişini yerinə yetirəcək şəxs qonorarını dərhal, hətta bank hesabında görə biləcək. 
Xatırladaq ki, İqor Kolomoyskinin müavini Boris Filatov Rusiya meyyli fəallara qarşı yeni mübarizə metodu hazırladıqlarını vurğulamışdı. O qeyd etmişdi ki, hər bir separtçının təhvil verilməsinə görə 10 min dollar məbləğində qonorar verməyə hazırdırlar.

Комментариев нет:

Отправить комментарий