26.04.2014

Avropalılar 340 avro zibil pulu verirlər

Azərbaycanda kommunal xərclər Qazaxıstan, Türkmənistan, Gürcüstanla müqayisədə çox baha olması ən çox danışılan mövzudur. Avropanın bəzi şəhərlərində isə kommunal xərclərin məbləği və növləri ilə tanış olanda mat qalırsan. Avropada işsizlərin ayda 900 avro sosial yardım aldığını bilirik. Lakin bu məbləğ ancaq kommunal xərcləri ödəməyə yetir. Kommunal xidmətə qaz, işıq, ev kirayəsi, zibil, tibbi sığorta daxildir. Kirayə pulu ayda 400 avro, qaz 90 avro, işıq 90 avro, su pulu isə şəhərlərə görə dəyişir. Məsələn, bəzi şəhərlərdə sudan istifadəyə görə aylıq 50, bəzilərində isə 150 avro ödəyirlər. Ancaq zibil pulu isə ayda 340 avrodur. Avropada icbari tibbi sığorta hər bir vətəndaşa aiddir. Bu sığorta 90 avrodan 340 avroya qədərdir. Tibbi sığorta icbaridir. Amma tələbələr tibbi sığorta üçün 100 avro ödəyirlər. Adi vətəndaşlar isə 300 avroya qədər ödədikdən sonra qalan pulu sığorta ödəyir. Bundan başqa binanın təmizliyi, internet, televziya üçün də pul ödənilir ki, bu xidmət 50 avrodan başlayır. Peyk antenası qoyanlar isə ayda 400 avro ödəməli olur.

Abuzər Azəroğlu            interpress.az

Комментариев нет:

Отправить комментарий