25.04.2014

Etibar Salmanov - Gedər

Min dəfə sevməyə tövbə desəm də,
Yar səni görüncə tövbələr gedər.
Könlümü çalanı sevmə desəm də,
Qəlbim eşqin ilə odlanar gedər.

Nə qədər könlümə döz söyləsəm də,
Səbirsiz ürəyim sevgindən bitər.
Məni istədiyin qədər sına desəm də,
Sıxılan ürəyim sınaqdan bitər.

Keçdiyin yollardan uzaq qaçsam da,
Kəsişən yollarım yolundan keçər.
Üzünə baxmaqdan göz qaçırsam da,
Gözlərin Etibarın qəlbindən keçər.

Səni qızılgülə mən bənzətsəm də,
Tikanların qəlbimi yaralar, didər.
Çox naz etmə,ömür gedir desəm də,
Sözanlamaz qarşımdan qürurla gedər.

Комментариев нет:

Отправить комментарий