Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
ABŞ dünya irtucasının mərkəzinə, dünya imperializminin dayağına çevrilmişdir. İmperializmin bütün qusurları məhz bu ölkədə daha qabarıq və daha açıq şəkildə təzahür edir. Amerikan imperialistləri ikinci dünya müharibəsində xalqların axıdılan qanları hesabına başqa imperialistlərdən daha çox varlandılar. Onlar sosializm ölkələrinə qarşı “soyuq müharibənin” başlıca təşkilatçıları oldular. Kapitalizm dünyasında ən çox inkişaf etmiş iqtisadiyyata malik olan ABŞ, bir çox Avropa kapitalist ölkəsini maliyyə asılılığı toruna salmışdır. ABŞ təcavüzkar imperialist bloklarında hərəkət xəttini diktə edir. Kapitalizm dünyasına başçılıq edən Amerika imperializmi dünya jandarmına çevrilmişdir, planetimizin, əli çatdığı hər nöqtəsində fəhlə, demokratik və milli-azadlıq hərəkatını boğmağa cəhd edir.
İmperialist dövlətləri qızğın silahlanırlar. Onlar bunu həm xalqların azadlıq hərəkatına qarşı, həm də öz bloklarına mənsub olub, ancaq bazarlar üstündə, kapitalların tətbiq sahələri üstündə, qazanclar üstündə savaşmada rəqibləri kimi qalmaqda olan müttəfiqlərinə qarşı mübarizə vasitəsi hesab edirlər. Yeni müharibə təhlükəsi buradan doğur. 1945-ci ilin avqustunda, Yaponiyanın təslim olmasına düz bir neçə gün qalmış, ABŞ prezidenti Trumen yapon şəhərləri Xirosima və Naqasaki üzərinə atom bombaları atmaq əmrini verdi. Partlayışlar nəticəsində demək olar, 200 min adam tələf oldu və şüa xəstəliyinə tutuldu, Xirosima külə çevrildi.
İmperialist hökumətləri qızğın sılahlanmalarını bu gün də davam etdirir və beynəlxalq vəziyyəti kəskinləşdirirlər. Müharibələri imperializmin öz təbiəti törədir və bunu tarixi inkişafın bütün gedişi təsdiq edir. İmperializm quruluşu davam etdikcə, hərbi təhlükə mənbəyi də qalacaqdır. Xalqların sərvətini illər boyunca qarət etməklə məşğul olan beynəlxalq imperializmin İraqda törətdiyi son hadisələr buna misaldır. Fələstində şəhər və kəndlərin yerli əhalisinin zorla yurd-yuvalarından çıxarılması kimi dünyada az-az rast gəlinən bir hadisənin səbəbkarı da imperializm sistemidir.
1983-cü il yanvarın 1-dən ABŞ-da rəsmi olaraq “Mərkəzi komandanlıq” (Sentkom) yaradıldı. Pentaqonun bu bölməsinin fəaliyyət dairəsinə 19 dövlət – Əfqanıstan, Pakistan, İran, İrak, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Katar, Səydiyyə Ərəbuistanı, Oman, YƏR, YXDR, Misir, İordaniya, Sudan, Efiopiya, Cibuti, Somali, Keniya, eləcə də Hind okeanının xeyli hissəsi, o cümlədən İran körfəzi və Qırmızı dəniz daxil edildi. İsrail, Livan və Suriya, qərargahı AFR-də olan Avropadakı Amerika silahlı qüvvələri komandanlığının təsir zonasına aid edilmişdi. “Mərkəzi komandanlığın” sərəncamına Dieqo-Qarsiya adasında, Omanda, Somalidə, Keniyada və bir sıra başqa dövlətlərdə yerləşən “çevik əməliyyat qüvvələri”, habelə bazalar, İran körfəzi girəcəyindəki aviasiya qrupları və s. verilmişdi.
Amerika hökumətinin bu hərəkəti heç də 1980-cı ildə yaradılmış “çevik əməliyyat qüvvələri”nin sadəcə olaraq regional komandanlıq qərargahının yaradılması üçün gördüyü təşkilati tədbir deyildi. Vaşinqtonun qərarının daha böyük mahiyyəti vardı. Əslində bu, yer kürəsinin Amerika sahillərindən min kilometrlərlə uzaqda yerləşən çox geniş bir hissəsi üçün ABŞ-ın hərbi-siyasi konsepsiyasının daha da inkişaf etdirilməsi demək idi. Burada söhbət ən əvvəl bir faktın təsdiqindən gedir: Vaşinqton həmin rayondakı ölkələri sarsıdan münaqişələri ən əvvəl hərbi qüvvələrin köməyi ilə yoluna qoyurdu. Xatırladım ki, Sentkomun təsir dairəsi altındakı rayon bilavasitə SSRİ-nin cənub sərhədində - üç qitənin kəsişdiyi yerdə yerləşirdi. Buna görə də Pentaqon çoxdan idi ki, burada hərbi əməliyyat meydanı əldə etmək istəyirdi. Təsadüfi deyildir ki, yer kürəsinin bu rayonu ABŞ-ın qlobal siyasətində Qərbi Avropa və Uzaq Şərqlə birlikdə çoxdan idi ki, “üçüncü mərkəzi strateji zona” adlandırılırdı.
ABŞ təsir dairəsinə aldığı dövlətlərin heç birinin suverenliyini və onların xalqlarının öz talelərini və təbii sərvətlərinin sahibi olmaq hüquqlarını əsla nəzərə almayır. “Mərkəzi komandanlığın” təsir zonası elan edilmiş 19 dövlətdən heç birinin hökuməti müdaxiləçi qüvvələr yaratmağı, Amerika hərbi qüvvələrinin bu ölkələrdə yerləşdirilməsini rəsmi surətdə ABŞ-dan xahiş etməmişdi. Əksinə, həmin ölkələrdə imperializm əleyhinə, Amerika əleyhinə əhvali-ruhiyyənin yüksəldiyi müşahidə edilməkdədir. Hətta, ən sağ təmayüllü hökümətlər belə öz xalqlarının gözündə tamamilə rüsvay olmamaqdan ötrü zahirən də olsa okeanın o tayından olan qəyyumlarından kənarda durmağa çalışırlar.
Vaşinqtonun qərarının bu cəhətinə də diqqət yetirməyinə dəyər. “Mərkəzi komandanlığ “ın məsuliyyət zonasına təkcə Qərb təmayüllü hökumətləri olan dövlətlər deyil, həm də xalqları imperialistpərəst rejimləri devirmiş dövlətlər daxil edilmişdir. İran və Efiopiya, Əfqanıstan və demokratik Yəmən – elə bu ölkələrin adları ifrat müstəmləkəçilik siyasətinin çox ciddi məğlubiyyətindən xəbər verdi. Əfqanıstana qarşı geniş təcavüzkarlıq da hamınıza məlumdur. 1982-ci ilin axırında Omanda və Somalidə “çevik əməliyyat qüvvələri”nin “Ceyd-tayqer” kodu adı altında təlimi keçirilmişdi. Məqsəd gələcəkdə Hind okeanının Şimal - Qərb rayonundakı dövlətlərin sahillərinə çıxmaq senarisini məşq etmək idi. Manevr təkcə hərbi təlim məqsədi deyil, həm də siyasi – xalqları qorxutmaq, iki ildən bir müddətdə İranla İraq arasında mənasız qardaş qırğını gedən İran körfəzi rayonunda gedən gərginliyi daha da artırmaq məqsədini güdürdü. Vaşinqtonda həmin ölkələrdə bu və ya başqa formada qərbpərəst rejimləri bərpa etmək ümidlərində olduqlarını lap əvvəldən danmırdılar. Buna görə də həmin ölkələrin zəifləməsinə hər cür yardım edirdilər. Öz siyasətinin yürüdülməsini təmin etmək, hərbi-sənaye inhisarlarının gəlirini artırmaq, nəzərdə tutulan təcavüzkarlıq hərəkətlərini gücləndimək məqsədilə ABŞ Yaxın və Orta Şərq ölkələrini silahlanmaya cəlb etdi. Bu ölkələrin çoxunda, xüsusən də Ərəbistanın mühafizəkar neft dövlətlərində silah və döyüş sursatı anbarları, aerodromlar, “uçan radarlar”, mürəkkəb hərbi infraquruluş da daxil olmaqla HHM sistemləri yaradıldı.
Yeni tarixi bir də nəzərdən keçirək. Milli-azadlıq hərəkatını boğmaqdan ötrü yerli jandarmlardan (məsələn, şah İranı zamanı) istifadə etməyi təklif edən “Nikson doktrinası”ndan sonra 1980-cı ildə “Karter doktrinası” işlənib hazırlanmışdı. Bu doktrina guya ABŞ-ı xarcdən gözlənilən təhlükədən qorumaqdan ötrü Amerika qüvvələrindən istifadə etməyi nəzərdə tuturdu. Ancaq göründüyü kimi, həmin ölkələrdə milli-azadlıq hərəkatının inkişafı, daxili dəyişikliklər Vaşinqtonun imperiya amirliyindən ötrü daha təhlükəli olmuşdur. Belə olduqda sonrakı hökumət Karter doktpinasını “təkmilləşdirmişdir”. Doktrinaya “daxili təhlükələrə”, Qərbə xoş gəlməyən mütərəqqi dəyişikliklərə qarşı ABŞ-ın müdaxilə qüvvələrindən istifadə etmək məqsədi əlavə edilmişdir. Bu regionda Amerika strategiyasının inkişafı ötən əsrin 80-cı illər ərəfəsində gərginliyin zəiflədilməsindən onun gücləndirilməsinə doğru dönüş etmiş Amerika siyasəıtindəki dəyişikliklərin təsiri altında və ya bu dəyişikliklərin çərçivəsinə keçmişdir. İndinin özündə də beynəlxalq işlərdə Vaşinqtonun xətti davakar hegomonluq, gərginliyin zəiflədilməsinə son qoymağa cəhd göstərmək xəttidir. “Mərkəzi komandanlığın” yaradılması sürətlə silahlanma siyasətinin daha bir təzahürü idi. Ərəb-İsrail konfliktləri, İran-İraq müharibəsi, Afrika Çıxıntısı rayonunda ziddiyyətlər, Əfqanəstandakı qanlı hadisələr, Nikaraquada, Kampuçiyadakı “məhəlli münaqişələr” ABŞ-dan – şər yuvasından qidalanıb.
Bununla imperializm özünü tarixin yəhərində saxlamağa çalışaraq hər cür iyrənc vasitələrə əl atır. Beynəlxalq irtica, ilk növbədə isə Qərbin imperialist dairələri muzdlu əsgərlərdən, peşəkar qatil və quldur dəstələrindən geniş istifadə edirlər. Bu vəhşilərin keçdiyi yerlərdə insan nalələri, qan gölməçələri, tüstülənən xarabalıqlar qalır. Nikaraquada belələrini “kontraslar”, Avropada isə “müharibə köpəkləri” adlandırırlar. Muzdlu qatillər imperialist irticasının çevik cəza dəstəsidir. Qərbin xüsusi xidmət idarələrinin, transmilli korporasiyaların, maliyyə oliqarxiyasının müstəqil inkişaf edən ölkələri yenidən öz təsiri altına almaq, xalqlara zorla öz iradəsini qəbul etdirmək istəyi çox vaxt bu yolla, muzdlu qatillərin əli ilə həyata keçirilir. Münaqişə ocağına çevrilmiş ölkələrdə imperializmin muzdlu əsgərləri rolunu başlıca olaraq daxili əksinqilab oynayır, xarici muzdlular əsasən “müşavir”, “təlimatçı”, “məsləhətçi” sifətilə təxribatlara rəhbərlik edirlər. Məhz imperialist dövlətlərinin, başda ABŞ-ın yardımı, silahı və “təlimatçıları” olmadan Əfqanıstanda, Nikaraquada, Kampuçiyada, Suriyada olduğu kimi daxili əksinqilabi qüvvələr uzun müddət müharibə apara bilməz.
Bəla burasındadır ki, muzdluların törətdiyi basqın, çevriliş və qırğınlar üçün rəsmi heç bir dövlət məsuliyyət daşımır. Beynəlxalq irtica muzdlulardan yalnız məhəlli münaqişələrdə, elan edilməmiş müharibələrdə deyil, silahlı basqınlarda, dövlət çevrilişində, habelə partlayış, təxribat, siyasi xadimlərin öldürülməsi, hər hansı bir ölkədə siyasi sabitliyin pozulmasında istifadə edirlər. Tarixi faktlara müraciət edək. Afruikanın liderlərindən olan Patris Lumumba, Amilkar Kabral, ABŞ-ın görkəmli ictimai xadimi Martin Lüter Kinq, Çilidə xalq birliyi hökumətinin keçmiş xarici işlər naziri kommunist Orlando Letelyeri məhz muzdlu qatillərin qurbanı olmuşdur.
Asiya, Afrika və Latın Amerikasının onlarca ölkəsində bir vaxtlar davam edən elan edilməmiş müharibələri, terror və təxribatları yada salaq. Qərbin ən yüksək səviyyəli dövlət rəhbərlərinin göstərişi, xüsusi xidmət idarələrinin planı, bankların və korporosiyaların vəsaiti, bir sözlə “sam dayının” xeyir-duası olmadan heç bir “könüllü” Avropa və Amerikadan on min kilometrlərlə uzaqlara gedib döyüş əməliyyatlarında iştirak edə bilməz. Bir qayda olaraq, Qərbin ali dövlət idarələrində növbəti elan edilməmiş müharibənin, terror əməliyyatının yeri və baş icraçısı müəyyən edildikdən sonra muzdlu əsgərlərin toplanmasına başlanır. Hazırda Qərbi Avropa və ABŞ-da muzdluların toplanması və lazımi yerlərə göndərilməsi ilə məşğul olan yüzlərlə bu cür firma vardır. Onlar “könüllülərə” yığcam proqram əsasında təlim verir, onları ən müasir döyüş texnikası və ləvazimatı, habelə partizan müharibəsinin yeni taktikası ilə tanış edirlər. Məsələn, ABŞ-ın Alabama ştatında Birmingem şəhəri yaxınlığındakı “Rondo”adlı məktəbin sahibi Frenk Kemper insanları vəhşicəsinə öldürmək sənətinə Vyetnam müharibəsi zamanı yiyələnmişdir. İndi bu qatil pul ilə qanlı sənətin “incəliklərini” öz şagirdlərinə öyrədir. Şagirdlər də müəllimin etimadını doğruldur, nəzəri biliklərini təcrübədə tez “tətbiq” edirlər. Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Fələstin qaçqınlarının Səbrə və Şətlə düşərgələrində dəhşətli qırğın törədənlər içərisində, Anqola və Mozambik kəndlərində vəhşilik edənlər arasında, Nikaraqua kontrasları sırasında Kemperin də “şagirdləri” olmuşdur. 1985-ci il iyulun 23-də 329 sərnişin olan Hindistan təyyarəsini Atlantik okeanı üzərində partladan ekstremistlər də Kemperdən dərs almışlar.
ABŞ-ın Arizon, Corciya,Florida ştatlarında da bu cür məktəblər fəaliyyət göstərir. Rəsmi hökumət orqanları nəinki bu çalağan yuvalarının fəaliyyətinə mane olmur, gizli kanallarla onları lazımi vəsaitlə təchiz edirlər. 1975-ci ildən ABŞ-da muzdlu əsgərlər üçün nəzərdə tutulan aylıq jurnal nəşr olunur. Birdəfəlik tirajı 200 minə nüsxəyə çatan “Müfəffəqiyyət əsgərləri” adlı bu jurnal demək olar ki, bütün qitələrə yayılır. Jurnalın səhifələrində nəinki “könüllülərin” törətdiyi qanlı sərgüzəştlər mədh edilir, habelə adamların ən müxtəlif şəraitdə və ən müxtəlif silahlarla öldürməyin, gözətçini səssiz aradan götürməyin üsulları, əsir tutulanlardan məlumat almağın, işgəncə verməyin qaydaları barədə məsləhətlər, təlimatlar verilir. Vaxtaşırı olaraq ABŞ-da muzdluların müşavirəsi keçirilir. Olduqca bahalı otellərdə keçirilən bu müşavirələrdə müxtəlif Qərb ölkələrindən olan seçmə cəlladlar təcrübə mübadiləsi aparır, imperializmin maraq dairəsində olan ölkələrin quldur dəstələrinə kömək problemlərini müzakirə edirlər. Bu zaman həm də müxtəlif silah və ləvazimatların satış sərgisi keçirilir. Nəzəri diskussiyalardan sonra xüsusi meydanlarda bu seçmə cəlladlar öz əməli ustalıqlarını nümayiş etdirir və ya əməli təlimat alırlar.
Hər il ABŞ konqresi “humanizm” pərdəsi altında maraq dairəsində olan ölkələrin əksinqilabçı dəstələrinə rəsmən on milyonlarla dollar miqdarında kömək göstərir. Lakin heç kəsə sirr deyildir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin xətti ilə və başqa gizli yollarla göstərilən kömək yüz milyon dollarla ölçülür.

Комментариев нет:
Отправить комментарий