24.04.2014

RUSIYA IŞIĞINDA QƏRBİN KÖLGƏSİ

Azərbaycan müxalifəti yorulmadan Rusiya təhlükəsindən danışır. Bəs, əslində vəziyyət necədir? Məsələyə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinovun münasibəti belədir:

- Yenə də “müstəqilliyimizə əsas təhdid şimaldan gəlir”- çeynənmiş sözləri dövriyyəyə buraxıblar. “5-ci kolon”un lokomotovi olanlar, bu adı xalqın müdafiə etdiyi real qüvvələrə yamamaqla, özlərinin hakimiyyəti dövründə əldən verdikləri Qarabağ problemini bu gün dəstavüz edərək  “içəridən potensial sarsıdıcı zərbə” axtarışına çıxıblar.
Rusiya beynəlxalq qayda-qanunların heç birinə əməl etməyən inhisarçı imperialistlərin açıq və gizli müdaxiləsindən özünü qorunmağa məcburdur. Onun bu haqlı mövqeyini SSRİ-ni bərpa etmək cəhdi kimi qiymətləndirmək cəfəngiyyatdan başqa bir şey deyildir. Sovet imperiyasını təzədən reanimasiya eləmək yönündə burjua Kremli heç bir səy göstərmir və bu onun üçün heç maraqlı da deyil. Belə olan təqdirdə guya onun ABŞ-I qorxutmaq və fakt qarşısında qoymaq cəhdində bulunması bizim naşı müxalifətin mətbəxində “bişir”.
Hətta bu müxalifət bir az da qabağa gedərək, guya Kreml öz məqsədinə çatmaq üçün beynəlxalq hüquq sistemini təftiş eləməyə və dünyanı təzədən, zorla bölüşdürmək kimi gülünc iddianı irəli sürür. Dağlıq Qarabağın erməni əhalisinə rus pasportları paylanacaq fikri də bizim “şanlı müxalifətin” uydurmasıdır.  Keçmiş müttəfiq respublikalarda yaşayan insanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran qanunun qəbulu isə bu ölkədə insana qayğının təzahürüdür.
“Rusiyanın Krım avantürası” boşboğzlığı özü avantüradır, Krım şimal qonşumuzun əzəli və əbədi torpaqlarıdır. Rusiya  beynəlxalq hüququn subyekti olan, BMT və ATƏT-in üzvü  Azərbaycanın ərazi bütövlüyü və toxunuzmazlq prinsipinə hörmətlə yanaşır, ölkəmizə qarşı  heç bir ərazi iddiası yoxdur. Müxalifətin: -  Moskva neft-qaz təhdidi ilə Avropanı diz çökdürmək üçün ilk növbədə Azərbaycanı tam nəzarətinə almağa çalışır – iddiası həqiqətə uyğun deyil. Qarabağ kartı Kremlin  yox, çalağan yuvası Qərb imperialistlərinin əlində  işlək vəziyyətdədir, deyilsə daha doğru olar. Və bu imperialist dairələri, başda Amerika olmaqla “demokratiya” pərdəsinə bürüdükləri yerli müxalifətin - “5-ci kolon”un təbliğati dəstəyi ilə üzücü Qarabağ məsələsindən məharətlə istifadə edirlər. Heç bir konkret fakta, sübuta əsaslanmayan guya əhalisinin əksəriyyəti ləzgi olan Qusarda hansısa separatçı ünsürlər Rusiya bayrağı qaldırmağa cəhd ediblər və yaxud  Rusiya daxili işlər nazirinin şimal bölgəmizə gizli səfəri barədə məlumatlar yaymaqla dəyərli xalqımızda yaxın qonşumuza qarşı mənfi ictimai rəy yaratmağa çalışırlar. Ancaq əbəs yerə, bu yalanların heç bir faydası yoxdur.

Комментариев нет:

Отправить комментарий