19.04.2014

Ceyhun Osmanlının həbs xəbəri yayıldı

Bu gün səhər saatlarında millət vəkili Ceyhun Osmanlı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun MTN-in ifadə verdiyi bildirilir.
Etibarlı mənbədən Millixəbər.com-a daxil olan məlumata görə, MTN C.Osmanlının xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı, dövlət orqanlarındakı nurçu şəbəkədə aktiv fəaliyyəti, Türkiyədəki “Hizmət” hərəkatı ilə bağlılığı ilə bağlı xüsusi xidmət orqanlarına daxil olmuş, həmçinin son zamanlar mediada yayılmış məlumatları araşdırır.
İnformasiyanı dəqiqləşdirmək üçün C.Osmanlı və onun yaxınları ilə əlaqə saxlamaq qeyri-mümkündür. Millət vəkili və onun həyat yoldaşının telefonu bağlıdır. Ceyhun Osmanlıya yaxın olan bəzi şəxslər isə bu barədə məlumatlarının olmadığını dedilər.

Qeyd edək ki, aprelin 15-də Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirildiyi barədə məlumat yayılmışdı. Dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşdüyü deyilirdi. E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlandığı da iddia edilmişdi. Ehtimal ki, C.Osmanlının saxlanmasında E.Aslanovun verdiyi bilgilərin də özünəməxsus rolu olub.
Xatırladaq ki, son bir neçə ayda Elnur Aslanov və ona yaxın olan şəxslərin, o cümlədən Ceyhun Osmanlının Gülən camaatı ilə əlaqələri haqqında çoxsaylı faktlar üzə çıxıb. Faktlar göstərir ki, E.Aslanov səlahiyyətlərindən sui-istifadə edərək hakimiyyət daxilində öz tərəfdarlarından ibarət nurçu şəbəkə formalaşdırmağa nail olmuşdu. Bu şəbəkənin həm də Qərbin, xüsusilə ABŞ-ın xüsusi xidmət orqanları və fondları ilə yaxından əməkdaşlıq etdiyi barədə də bilgilər var. MTN-in E.Aslanovdan ifadə alması, daha sonra isə C.Osmanlının saxlanması təsdiq edir ki, yayılan məlumatlar narahatlığa kifayət qədər əsas yaradıb. 
Ceyhun Osmanlının atası, Göyçay rayon icra başçısının müavini Yunus Osmanov AzNews.az-a açıqlamasında isə bildiirb ki, oğlu hazırda yanındadır və həbs olunması ilə bağlı xəbər həqiqətə uyğun deyil: 
“O hər həftənin şənbə-bazar günləri rayonda bizimlə dincəlir. Bu xəbəri hansı məqsədlə və nə üçün yaydıqları da məlumdur. Bu cür yalan məlumatlar yaymaqla bəzi media orqanları jurnalist adına ləkə gətirir və onlar məlumatı dəqiqləşdirməmiş ağzına gələni yazırlar. Şər qüvvələr, qarargururçular hər zaman olub və onların heç zaman millətə xeyiri dəymir. Yaxşı ki bizim dövlətini sevən cavanlarımız var. Allah ölkə başçısının da canını sağ etsin və yavaş-yavaş hamını öz yerinə otuzdurur”.

interpress.az

Комментариев нет:

Отправить комментарий