Ədalət Abdinov: "Kommunistlərin bir sifəti var, bunların isə yüz!"
Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı kommunist partiyasının bağlanması iddiası ilə mətbuatda çıxış edib. Azərbaycan Kommunist Partiyasının katibi Ədalət Abdinov deputatın fikrinə münasibət bildirmişdir.
-Əvvəla, gəlin baxaq görək bu Fəzail Ağamalı kimdir? Ötən əsrin 70-ci illərində şəxsi maraqları zəminində özünü “leninçi” elan edərək, Kommunist partiyasına üzv yazılmış, sonradan Gəncə Texnologiya universitetinin partiya təşkilatı katibi işləmiş, 90-cı ilin əvvəllərində yaranmış vəziyyəti “götür-qoy” edib “əqidəsini” dəyişərək cəbhəçilərin yanına qaçmış və nazir müavini vəzifəsi kreslosuna oturmuş, daha sonradan, Əbülfəz Elçibəyin ANS telekanalınin “Ən yeni tarix” verlişində deyildiyi kimi, vəzifə tutmaq naminə öz “əqidədaşlarını” satmaqla özünü heydərçi elan edərək nazir vəzifəsi kreslosuna oturmuş, lakin elə əqədəsizliyinə görə işdən çıxarılmış Fəzail Ağamalı.
Onun hələ ötən əsrin 70-ci illərində “KQB”-yə verdiyi izahat sualımıza aydın cavab verir: “Hazırda ali məktəbdə dərs deyirəm. Çalışıram ki, Kommunist Partiyasının və sosialist hökumətinin Lenin milli siyasətini tələbələrə doğru-düzgün çatdırım. Söz verirəm ki, həqiqi mənada Sovet cəmiyyətinə yararlı, beynəlmiləlçi tələbələr hazırlayam. Namuslu əməyimlə özümü doğruldacağam".
Bu sözlərin müqabilində həmin şəxsin indi kommunist partiyasının ünvanına söylədikləri nə qədər natamam, nə qədər qeyri-mükəmməl, qeyri-dürüst və ən nəhayət primitivdir. İnsan mücərrəd mülahizələri ilə bir vaxt qucağında olduğu həqiqətə necə də göz yumarmış?! Mən tam əminəm ki, oxucular daim mövcud hakimiyyətə “yaltaq əqidəsi” ilə yararlanan bu tipli partiya sədrlərini tanıyırlar. Belə əsassız, qərəzli iddialar, primitiv söz yığını gərəksiz bir şey kimi kənara tullanılır.
Zəruriliyi və həqiqiliyi sübut olunmamış heç bir müddəa seçmə və ayırdetmə qabiliyyəti müstəsna dərəcədə artmış müasir oxucuların zehninə təsir edə bilməz. Sizif əməyi sərf edən sərdarlar, fəzaillər anlamalıdırlar ki, naşı təfəkkür materiallarını kommunistlər çoxdan dəfn ediblər. Adamları obyektiv fikirləşməyə, ağır sosial-iqtisadi durum barəsində daha dərindən düşünməyə sövq etmək, onların düşüncələrini oyatmaq, mütərəqqi fikirlərinin üstünə yeni fikir gətirmək əvəzinə: -kommunistlər istənilən zaman dövlət müstəqilliyini böyük məmnuniyyətlə sata bilərlər- demək rəzalətdir. Rəzalət isə cəmiyyət tərəfindən pislənən, şər əməlləri, mənfi əxlaqi sifətləri ifadə edən ümumi anlayışdır. Bu, həm də antikommunistlərin şər əməllərinin təzahürüdür. Təəssüf ki, bu cür rəzalət və qəbahətlər kommunist partiyasına müxalif duranların əxlaqi davranışına çevrilib.
-Fəzail Ağamalı kommunist partiyasının bağlanması naminə, hətta insan haqlarına da fikir verməməyi tələb edir.
-Bu, özünü demokratik, hüquqi dövlət elan edən Azərbaycanın "hakimiyyətyönlü" deputatının cahilliyi, geriliyidir. Fəzail Ağamalıya Azərbaycan kommunistlərinin lideri olmuş Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “Azərbaycan dövləti… insan hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edir...”. Fəzaillərin dövlətin bu nəcib prinsiplərindən birinin əlehyinə çıxması birbaşa antikonstitusion çağırışdır. İnsan hüquqlarının qorunmasının dövlətin vəzifəsi olması ideyası Azərbaycan Respublikasının Konstitusiyasında da ifadəsini tapmışdır. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ona görə də insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinə həsr olunmuş Milli Fəaliyyət Proqramı tərtib edilmişdir. Bütün bunları nəzərə almaq borcunda olan deputatın, əksinə olaraq Azərbaycanın mövcud qanunlarına öz fəaliyyətində dəqiq əməl edən nüfuzlu kommunist partiyasını bağlamaq eşqinə düşməsi nadanlıq əlamətidir.
Sosializm yaxınlaşdıqca antikommunistlərin kürkünə birə düşür. Kommunistlərin silahı əzilən insan sinifinin haqq səsidirsə, burjuaziyaya nökərçilik edən antikommunistlərinki isə məkr, hiylə, fitnə və müxənnətlikdir. Kommunistlərin bir sifəti var, bunların isə yüz. Antikommunistlər həmişə xalqın inandığı, etimad göstərdiyi kommunistlərə qibtə ediblər. Bu böyük gücü fəndgirliklə məhv etmək cəhdinə- namərdliyə əl atıblar. Bu addım cılızlığın özünütəsdiqindən başqa bir şey deyildir.
Hazırladı: Nüşabə Səfərova

Комментариев нет:
Отправить комментарий