Günarə İsrafilqızı
Baxma gözlərin içinə
Orda dərin məna yatır,
Elə şirin, elə acı,
Yaşanmamış dünya yatır.
Əvvəldən sona tələsir
Gündüzdən gecəyə tərəf,
Baxışların yad dünyası,
Boylanır küçəyə tərəf.
Bir yol gedir sarma -dolaş
Varma çox da dərinliyə
O göz, sahibinə həsrət,
Sahiblənmə mənim deyə.
Комментариев нет:
Отправить комментарий