17.04.2014

Cavanlarımızı Suriyaya ölümə göndərənlər niyə cəzalandırılmır?

Vüsal Hətəmov: “Kimsə evində yatıb-durub radikal olmur ki? Hansısa məscid, zirzəmi, bağ evlərində bunlara kimlərsə moizə oxuyur, dərs keçir”
 
Qafqaz Müsəlmanları İdarəsi nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə iddia qaldırıb. Bu barədə ictimaiyyətə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə, məzhəb ayrı-seçkiliyinə şərait yaradan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək həm dinə, həm də xalqa, dövlətçiliyə xələl gətirən addımlar QMİ tərəfindən qınanılır.
Təbii ki, QMİ tərəfindən verilən bu bəyanat müsbət dəyərləndirilməlidir. Lakin maraqlıdır ki, son illər ölkədə radikal dini cərəyanların kifayət qədər təşkilatlandığını və qismən də olsa gücləndiyini nəzərə alsaq, cəmiyyəti sözügedən cərəyanların gətirdikləri təhlükədən hansı üsullarla qorumaq mümkündür? Bununla bağlı dövlətin və cəmiyyətin boynuna düşən nədir?
FaktXeber.com-un sualları ilə bağlı açıqlama verən Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov bildirdi ki, radikal, qeyri-ənənəvi cərəyanlarla bağlı dövlət tərəfindən məsələ əmələ keçməlidir.
Hələ ki, əməli addımların müşahidə edilmədiyini söyləyən V. Hətəməv, “xaricdə öldürülən vətəndaşlarımız bizim millətin övladları idi. Onları kim yetişdirib, onlara kim o dərsləri keçib, həmin rəsmi və ya qeyri-rəsmi icma, qurumların rəhbərləri niyə məsuliyyətə cəlb edilmir?”,- deyə bildirdi:
“Kimsə evində yatıb-durub radikal olmur ki? Hansısa məscid, zirzəmi, bağ evlərində bunlara kimlərsə moizə oxuyur, dərs keçir. Niyə bunlar məsuliyyətə cəlb olunmur? Hesab edirəm ki, bütün bu suallara əməli cavab verilməyincə, heç bir qurumun bu sahədə işini qaneedici və bitmiş hesab etmək olmaz. Bunlara bağlı media orqanları var. Yəni iş böyükdür.”

Xəyal Şükür         faktxeber.com

Комментариев нет:

Отправить комментарий