20.04.2014

Nurçuluq təriqət deyil, sektadır

İbrahim Sel

I yazı: Nurçuluq ingilis kəşfiyyatçılarının hazırladığı ssenari əsasında ərsəyə gəlib

Nurçuluğun baş ofisi ABŞ-ın Pensilvaniya ştatında yerləşir

 O gün çox sevdiyim publisistlərdən biri Vüsal Hətəmov liberast yığınına: “Niyə siz qərbpərəstlər bir dəfə bu radikal, qeyri-ənənəvi təriqətlərin təhlükəsindən danışmadınız mediada? Onların arxasında Qərb durur deyə?”- sualını ünvanlamışdı.
 Bu dəfəki söhbətimiz Azərbaycan gündəmini qarışdıran nurçuluq barədə olacaq. Doğrudan da, Fətullah Gülənin “Hizmət” hərəkatı, Ərdoğanın örgüt adlandırdığı nurçuluq beynalxalq miqyaslı bir təşkilat olub, arxasında Qərbin, o cümlədən ABŞ-ın iri maliyyə çevrələri, Vaşinqtonda söz sahibi olan bəzi dairələr, o cümlədən yəhudi lobbisi dayanır.

 “Rusiya-İslam Dünyası” Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Şamil Sultanov hesab edir ki, Fətullah Gülən dünyada ən nəhəng, çoxqatlı, eşelonlaşmış mason təşkilatlarından birinə rəhbərlik edir. “Onun çöl strukturu “Hizmət” hərəkatıdır ki, bütün dünyaya səpələnmiş yüzlərlə litsey, kollec, universitet, məscid, ibadət evləri, yataqxanalar və s. əhatə edir. Zahirən bu təşkilat cəmiyyətə xidmət ideyasını təcəssüm etdirir. Daxilən isə isə heç kimə bəlli olmayan funksiyası var ki, o da istedadlı adamları arayıb tapmaq, professional kadrları əməkdaşlığa cəlb etməkdir. Gülən korporasiyası öz adamlarını ildən-ilə dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına, həmkarlar itifaqına yeridir. “Kadrlar hər şey həll edir” prinsipinin effektiv realizasiyası dövlət içində dövlət yaradılmasına yol açır”.
 Nurçuluq bir zamanlar ingilis müstəmləkəçilərinin Osmanlıya göndərdiyi kəşfiyyatçıların hazırladığı ssenari əsasında ərsəyə gəlib. Bəhai cərəyanının Türkiyə variantı olan bu siyasi axarın başına o dövrdə Bitlisin Hizan rayonunda yerləşən Nurs kəndindən Səid Kürdini gətirdilər. Amma planı sırf kürdçülük təbliğatı və Səid Kürdi adı altında reallaşdırmaq çətin olduğundan, hansı ki bu yolla tərəfdar ordusu toplamaq mümkün olmadı, ingilis kəşfiyyatı ssenariyə dini don geyindirdi və Səid Kürdi adını Səid Nursiyə dəyişdi.
 Bu yerdə bir müqayisəli sitat gətirmək istərdim. 19-cu əsrin ortalarından neftlə zəngin olan Ərəbistan yarımadasına girmək istəyən Britaniya həmin vaxt regiona nəzarət edən Osmanlı imperiyasını daxildən sarsıtmaq üçün ibn Vəhabı yeni islam təriqəti yaratmağa ruhlandırdı. Bildiyimiz kimi, bu gün dünyanı təhlükə içində saxlayan vəhhabi cərəyanı, beləcə ingilislərin “parçala, hökm sür” planı əsasında meydana çıxdı. Nurçuluğun da vəhhabilik kimi eyni mərkəz tərəfindən və eyni də məqsədlə yaradılması istər-istəməz insanı düşünməyə vadar edir.
 Kimdir Səid Nursi? Kürd millətçisi olan bu adamın türk millətinə isti yanaşmadığı bildirilməkdədir. Məsələn, o, öz risalələrində dini rəvayətlərdə adları Yəcuc və Məcuc olaraq qeyd edilən dünyanı dağıdacaq qorxunc məxluqların Orta Asiya türkləri, daha konkret desək, özbək, tatar və ya qırğız kimi türk boyları olacağını deyirdi. Müqayisə üçün deyək ki, yəhudi alimi Frenkler də Yəcucla Məcucun (o, həmin məxluqları Yagug və Magug adlandırırdı) timasılanda şeytanın zühur edəcəyini yazırdı. Buradan isə belə çıxır ki, Nursi türk boylarını şeytana bənzədib. Amma əsl islama əsasən Yəcucla Məcuc qiyamətin qopacağını bildirmək üçün zühur edəcəklər.
 Səid Kürdi nurçuluğu Kürdistanın azadlığı uğrunda bir təşkilat olaraq təsis etmişdi. Bu adam 1909-cu ildə İstanbulun Vəzir məhəlləsində fəaliyyət göstərən İkbali Millət mətbəəsində çap olunmuş “İki məktəbi müsibətin şəhadətnaməsi” və ya əsl adı ilə “Divani harbi örfi və Saidi Kürdi” olan əsərində aşkaranə kürdçülük təbliğatı aparır, kürdləri oyanmağa və kürd millətçiliyi ətrafında birləşməyə çağırırdı. Sitat: “Ey assuriyalılar və keyanilərin cahangirlik zamanında qəhrəman əsgərləri olan aslan kürdlər! Beş yüz il yatdınız, yetər artıq, oyanın- səhər açılıb. Yoxsa vəhşət və qafilət sizi vəhşət səhrasında məhv edəcək”. Tarixi faktlara əsaslanaraq başqa bir sitat da gətirilir: O, Kürdistan cəmiyyətinin tapşırığı ilə milli kürd paltarı geyinir, boyunda durbin, belində tapanca, başında poşu adlanan çalma İstanbula gəlir. Səid imzası altında yazdığı və mətndə kürd dilində təhsil verəcək məktəblər açmaq istədikləri deyilən məktubu böyük cürətlə sultana verir. Bu cürətinə görə də o vaxt həbs edilir. Amma sonradan bağışlanaraq yaşadığı kəndə göndərilir.
 Yeri gəlmişkən, Səid Nursi sağlığında Kürd Teali Dərnəyində 3-cü şəxs olub. Eləcə də o, Kürd Maarifi Nəşri Dərnəyinin də qurucusudur. O vaxt ingilislərin maddi dəstəyi işıq üzü görən və demək olar ki onları təbliğ edən “Volkan” qəzetində yazılırdı: “Kürd Teali cəmiyyətinin rəhbərliyi sədr Seyid Əbdülkadir, sədr köməkçiləri Babanzadə Mustafa Zihni Paşa, Bədirhani Emin Əli, Molla Səid, Bədiüzzaman Səidi Nursi, katiblər isə Babanzadə Əbdüləziz, Seyid Abdullah və Şefik bəydən ibarətdir”. Bu yerdə şərh verərək bildirmək istərdim ki, əslində kürd xalqının öz dilində təhsil almasını istəmək cinayət deyil, amma bunu açıq-aşkar etmək yaxşıdır- maskalanmadan! Bu adam ilkin əsərlərini “Bədiüzzaman Səidi Kürdi”, yəni “Əsrin möcüzəsi Kürd Səid” imzası ilə yazırdı- sonra imza dəyişdi, Səid Nursi oldu! İngilislər ona fırlatmağın yolunu öyrətdilər!
 Beləliklə, islamı parçalamaq üçün yollar axtaran ingilislər Səid Kürdini götürüb obrobotka etdilər. Nədə də olmasa, imicmeyker sahəsində ingilislər ustadırlar. Səid Nursi əslində elmi, yazıb-oxumağı bilmirmiş, davranışında isə cahillik özünü açıq göstərirmiş. Buna misal olaraq özünü “Bədiüzzaman” adlandıran bu şəxsin radiodan söz düşərkən işlətdiyi ifadələr ortaya qoyulur. “Necə olur ki, burada danışanda dünyanın o başında eşitmək olur” sualına Səid müəllim cavab verib ki, “radio bir qutudur, içində oturan mələklər bunu edir”. Amma çox maraqlıdır ki, ingilislər ilə çuğlaşandan sonra dürlü-dürlü fəlsəfə kitabları ortaya qoydu. 
 Beyin yuyulmasına məruz qalmış nur tələbələri isə təbii olaraq tamamilə əks fikirdədilər. Onların qənaətincə, Səid Nursi çox savadlı, geniş analizetmə qabiliyyətinə malik, uzaqgörən müdrik feylosof olub. Hətta bunların Əli Ülvi Kurucu, Nurəddin Topçu kimi alimləri vardır ki, nə az nə çox, görün nə yazırlar: “Sokrat və Pluton fəlsəfədə Səid Nursinin ancaq tələbəsi ola bilərlər”. Şərhə ehtiyac yoxdur. Qısaca onu deyim ki, əsl intellektualizm nəinki Kürdiyə, hətta onun genetikasına yaddır, Fətullah Gülənin internetdə gülüş obyektinə çevrilmiş videoları buna bariz nümunədir: “Allah evlerine ateşler salsın, yuvaları yıkılsın, birlikleri bozulsun”.
 Bir məqama da toxunmaq lazımdır ki, nur tələbələri Səid Nursinin islamda deyildiyi kimi, dünyanı xilas etmək üçün göndərildiyinə əmindirlər. Nurçu tələbələr bir məqamı da isbat etməyə çalışırlar ki, Quranda bildirilən Mehdi axirəzzamanın saqqalı olmayacaq. Səid Nursinin də saqqalı olmayıb və bu da onun böyük xilaskar olmasının sübutudur. Düşünürəm ki, burda da şərhə ehtiyac yoxdur. Sadəcə bu adamlar Nursi üçün formalaşdırılmış pakmaya imicinin təsirindən belə yanlışlığa yol verirlər.
 Rusiya Strateji Araşdırmalar İnstitutunun Dini-Etnik Tədqiqatlar Mərkəzinin rəhbəri Rais Süleymanov bildirir ki, nurçuların çiçəklənmə dönəmi Sovetlər Birliyi dağılandan sonra başlayıb. Azərbaycanın pullarının hesabına! 90-cı illərdə Türkiyə ilə sərhəd rayonlarından olanlar hakimiyyətə doluşandan sonra bunları da Türkiyədən dartıb bura gətirdilər. Gələndə hamısı cırıq pencəkdə, cırıq ayaqqabıda gəlmişdilər. İndi cırıq pencək geyənləri yoxdur; çoxunun dünyanın bir çox ölkələrini əhatə edən biznesi var. Gülən camaatı keçmiş Sovet respublikalarında kommersiya qurumları, tikinti şirkətləri və təhsil ocaqları yaratdılar və qısa bir zamanda bu məkanın hesabına böyük pullar qazana bildilər. Çoxları bilmir ki, 90-cı illərə kimi Türkiyədə hətta nazirlər cırıq pencəkdə, cırıq ayaqqabıda gəzirdilər.
 Fətullahçılar təbliğat işlərini əsasən təhsil almağa gəlmiş tələbələr arasında aparırlar. Bilirsiniz ki, gənclərlə onların yurdundan, doğulduğu yerdən kənarda iş aparmaq daha effektli olur. Valideynləri, dost-tanışları onların yanından olmur. Fətullahçılar belə gəncləri daha rahat şəkildə özlərinin birinə çevirə bilirlər. Onlarla “maaarifləndirici” söhbətlər aparırlar və beləliklə də həmin ağıllı gənclər tamamilə “verbovka” olunmuş vəziyyətdə Fətullah Gülən ideyalarına xidmət etməyə başlayırlar. Həmin cavanlar təhsildən sonra harada işləyirlər işləsinlər, götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Bəzən təhsil almağa gələn gənclərin buradakı xərcləri fətullahçılar tərəfindən ödənilir. Onlara ev tuturlar, təhsilhaqqı verir və üstəlik təqaüd ayırırlar. Sözsüz ki bütün bunlar fətullahçıların yatırdığı kapitaldır ki, həmin cavanlar sonradan öz fəaliyyətlərilə Gülən hocanın “etmadını” doğrultmağa çalışırlar. Əgər onlar biznes sahəsində çalışacaqlarsa, deməli sektanın payını ayırmalıdırlar. Öz ölkələrinin rəsmi qurumlarında hansısa vəzifə tutacaqlarsa, bu halda Fətullah Gülənin maraqlarına uyğun fəaliyyət göstrərməlidirlər.
 Nurçuluğun baş ofisi ABŞ-ın Pensilvaniya ştatında yerləşir. Bu özü çox şeydən xəbər verir. Pensilvaniya Amerika masonluğunun mərkəzidir. ABŞ-da MKİ ilə əlaqədar olar bir sıra fondlar səxavətlə Fətullah Gülən korporasiyasına maliyyə yardımları edirlər. Gülən aktiv şəkildə ABŞ-ın bir sıra elit qrupları ilə əməkdaşlıq edir. Mətbuatda ara-sıra onun Hillari Klinton, Dövlət Departamenti işçiləri, müxtəlif ranqlı konqresmen və senatorlar, yəhudi lobbisi və digər İsrail yönümlü təşkilatlarla görüşməsi barədə məlumatları görünür.
 Bu üzdəniraq “imam” çıxışlarında dünya müsəlmanlarından ABŞ sevməyi tələb edir, kapitalizmi tənqid etməyə yasaq qoyur. 31 may 2010-cu ildə Türkiyə gəmiləri başda “Mavi Mərmərə” yük gəmisi olmaqla blokada şəraitində zülm çəkən fələstinlilərə ərzaq yardımı apararkən İsrailin hərbi-dəniz qüvvələrinin hücumuna məruz qaldı. Aralıq dənizinin neyral sularında olan bu hücum nəticəsində 9 türk vətəndaşı öldürüldü, gəmilərə isə İsrail tərəfindən həbs qoyuldu. İsrail hərbçilərinin bu hərəkətləri nəinki Türkiyədə, bütün dünyada böyük etirazlara səbəb oldu. Hətta Madriddə “Mavi Mərmərə” gəmisinə hücum nəticəsində həlak olanlara heykəl də qoyuldu. Bəs özünü dünya müsəlmanlarının başçısı adlandıran Gülən nə etdi? O, həmin gəmini xasiyyətinə uyğun olaraq qarğış atəşinə tutdu, türkləri “qanuni İsrail hökuməti sərhədlərini” pozmaqda günahlandırdı. Gülən hətta Amerikan qəzetlərinə müsahibəsində “Türkiyə hökumətini məsuliyyətsizlikdə” suçladı, Ərdoğanı “İsrailin avtoritetini iqnor etməkdə” qınadı, bununla da bütün dünyanın mütərəqqi ictimaiyyətini şoka saldı. Gülənin bu hərəkətləri onu türk cəmiyyətinin gözündən salsa da Amerikan və yəhudi isteblişmentinin gözündə ucaltdı. Sizcə özünü müsəlman şeyxi adlandıran bu adam on illərdir qətliama məruz qalan, gözü yaşlı, ac-yalavac fələstinliləri müdafiə etməli idi, ya ərazisini ildən ilə qonşu ölkələr hesabına genişləndirən sionist İsraili? Elə ki məsələ İsrail maraqlarına gəlib dirənir, Gülən üçün islam yaddan çıxır. Onun bir sionist kuklası olduğu artıq dünya ictimaiyyətinə çoxdan məlumdur. 

II yazı: Gülən, Zbiqniev Bjezinskinin “Sözəbaxan islam” modelinin əsas fiqurudur

Bölgədəki neft və qaz yataqlarının nəzarətini ABŞ-a vermək Gülən məktəbləri ölkələrə sızdırılmışdır

 Fətullah Gülənin islamı qəbul etmiş yəhudi olduğunu çoxları bilmir. Türkiyədə onlara dönmə deyilir. Bu adam, əsasən iudeylərin yaşadığı İzmir şəhərində anadan olmuşdur. Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Rais Süleymanov göstərir ki, məhz Fətullah Gülənin ABŞ kəşfiyyatı ilə əlaqələri təşkilatın bu cür qol-qanad atıb şaxələnməsinə səbəb olmuşdur. Mərkəzi Kəşfiyyat İdarəsində Güləni kurasiya edənlər isə vaxtilə Kabuldakı rezidensiyaya rəhbərlik olmuş Qrem Fuller və idarənin “Rend korporeyşn” kimi analitik mərkəzlərlə əlaqəsinə cavabdeh Corc Fidas idi. 
 Türkiyə kəşfiyyatının keçmiş əməkdaşı Osman Nuru Gündəş də “Anarxiya və inqilabın şahidləri” kitabında Gülənin ABŞ kəşfiyyatı ilə sıx əlaqələrindən geniş bəhs edir. O cümlədən, Gülənin baş məsləhətçisi olmuş, sonralar sektadan ayrılmış Nurəddin Veren təşkilatın ABŞ kəşfiyyatı ilə ilgili cinayətkar əməlləri haqda kitab yazmışdır. Kitabda göstərilir ki, Gülən öz fəaliyyəti üçün pulları ABŞ-dan alır. Alman türkoloqu Maksimilian Popp nurçuluğu Saentologiya kilsəsinin gizli sektası adlandırır.
 Antiqlobalist liniyaya aid olan bir çox mütəfəkkirlərin yekdil fikri belədir ki, nurçular- islamın masonlarıdır. Maksimilian Popp göstərir ki, nurçuluq sektasının daxili nizamnaməsinə eynən İeqova şahidləri sektasına xas xüsusiyyətlər səciyyəvidir. Holand islamşünası, Amsterdam Sosial Tarix İnstitutunun direktoru Erix-Yan Çürxer qeyd edir ki, Gülən hərəkatı üçün “təkiyə”- gizlilik konsepsiyası xarakterikdir. Bu konsepsiyaya əsasən sekta üzvləri öz həqiqi baxışlarını və əqidələrini cəmiyyətdən gizlətməlidirlər. Alim göstərir ki, həmin konsepsiya sektanın cəmiyyət tərəfindən müəyyən edilməməsi və onun Qərb aləmi ilə düzgün əlaqələr qurması üçün vacibdir.
 1999-cu ildə Fətullah Gülənin Türkiyənin ATV kanalında nümayiş olunan videosu böyük hay-küyə səbəb oldu. Öz tərəfdarları qarşısında çıxışın kadrlarında Gülən bildirirdi ki, onun tərəfdarları hökmən dövlət orqanlarının içinə girməli, müxtəlif vəzifələr tutaraq ölkələrdə hakimiyyəti ələ keçirməyə hazırlaşmalıdırlar. O camaat qarşısındakı bu çıxışında nurçuluğun son məqsədinin ölkədə şəriət üsul-idarəsi yaratmaq olduğunu vurğulayırdı.
 Alman şərqşünası, Marburq Universitetinin əməkdaşı Ursula Şpuler-Şteqeman nurçuluğun öz ölkəsində güclənməsindən həyəcan təbili çalmışdır. O bildirmişdir ki, gülənçilik- Almaniyada ən aparıcı və təhlükəli islam cərəyanıdır. Azərbaycandakı son hadisələr də göstərdi ki, nurçuluq ABŞ-ın formalaşdıraraq ortaya atdığı “sözəbaxan islam”ın bir növüdür, tolerant-demokratik pərdəyə bürünmüş yırtıcı siyasi islamdır. Sektanın Azərbaycandakı fəaliyyətinin analizi göstərir ki, gülənçilər xalqa Böyük Turan Dövlətinin yaradılmasının vacibliyini yeritmişlər. Onlar əsas diqqəti ölkəmizin də daxil olduğu, Türkiyə, o cümlədən Orta Asiya respublikalarının və + Rusiyanın müsəlmanlar yaşayan bölgələrinin qatıldığı mifik bir türk dövlətçiliyinin perspektivləri üzərində cəmləmişlər. Guya bu dövlətdə “ideal islam” hökm sürəcək və türklərin şad-xürrəm yaşadığı bir cənnət yaranacaq. Həmin mifik dövlətin sərhədləri gizli xəritədə şərqdə Sibirə, qərbdə Şərqi Avropaya, şimalda Şimal Buzlu okeanına, cənubda isə Ulan-Batora kimi uzanır. Onların gizli xəritələrində Dağıstan, Krım, Monqolustan, Uyğurustan, Tatarıstan, Qaqauz, hətta Belorus, Litva və Polşa belə Türkiyə torpaqları kimi göstərilir! Bizim sizinlə “müqəddəs borcumuz” bu torpaqlar uğrunda vuruşaraq, canımızdan-qanımızdan keçərək bu əraziləri alıb, başkəndi İstanbulda olan Xaqana təhvil verməkdir. Onların bizdən xəbərsiz bizə cızdığı tale budur; balalarımızın gələcək missiyası türk Barbarossa planını həyata keçirməkdir. Çox maraqlıdır. Maraqlı olan odur ki, bu əbləhlər İstanbulda, Bakıda bir türkü vəzifəyə gətirə bilmirlər, amma Ulan-Udeyə bayraq sancmaq eşqinə düşüblər. Hara baxırsan, qeyri-türk mənşəlilər, gəlmələr, qədim iudey tayfa mənsubları hakimiyyətdədir, bəs görəsən o gələcəyin Böyük Türk Xaqanlığında ölkə başında kim oturacaq və hakimiyyətdə hansı zümrə təmsil olunacaq?..
 Həqiqət isə ondan ibarətdir ki, Böyük Turan da bir çox o biri millətçi projelər kimi İsrailin gizli projesidir. Bu oyundur. Onlar Böyük Turan adı altında Böyük Sion yaradacaqlar. Türkləri vahid bir ideologiya altında birləşdirərək, qızışdırıb İran, Rusiya, Çin kimi böyük dövlətlərin canına salmaq. SSRİ-ni olduğu kimi, bu dövlətləri da yazıq qoy xalqların hesabına dağıtmaq. Həmin ölkələrin təbii sərvətlərini yəhudi oliqarxlarının əlinə verib, türkcə bir-iki “azad-vicdanlı-qərəzsiz” qəzet, bir-iki altıvolt məktəb açaraq böyük bir qövmü nəzarət altına saxlamaq. Son məqsəd budur. Nəcməddin Ərbakan əbəs yerə demirdi ki: “Irkçı emperyalist odaklar diyor ki, Müslüman aleminde bütün gücümüzle ılımlıları çoğaltmamız lazımdır. “Ilımlı İslam” ile ne anlatılmaya çalışılır? Dünyadaki ve ülkedeki düzeni Siyonist Merkezler tanzim edecek. Sen sadece yahudiye vergi ve faiz ödeyeceksin, aldığın her malın fiyatının yarısını sömürü sermayesine haraç olarak vereceksin; bir nevi küresel sisteme demokrat kölelik edeceksin, ama izin verilen ibadetleri de yerine getireceksin. İşte Ilımlı İslam dedikleri bu!”
 Fətullah Gülənə Türkiyədən dövlət çevrilişi ittihamı ilə cinayət işi açıldı, həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldı. Qaçarkən ona ABŞ-da sığınacaq tapması üçün Mərkəzi Kəşfiyyat İdarəsinin işçisi Qrem Fuller kömək etdi. Qrem “Siyasi islamın gələcəyi” adlı kitab yazmışdır. O, həm də islam ölkələri ərazisində törədilmiş bir çox terror aktlarının da müəllifidir. Vaxtilə Federal Təhqiqatlar Bürosunun əməkdaşı olmuş, qurumda tərcüməçi kimi fəaliyyət göstərmiş Sibel Edvards da Fətullah Gülənin məhkəməsində Mərkəzi Asiya və keçmiş SSRİ məkanında terror əməliyyatların hazırlanması ilə bağlı maraqlı ifadələr vermişdir. Edvards həmin ifadələrdə Gülənin qeyd etdiyimiz dairələrlə bağlılığını təsdiq edib. Almaniyalı analitik Uilyam Enqdal Gülən camaatının Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda açdığı məktəblər və ibadət yerlərindən danışaraq bir sıra şok doğuran detallara toxunub. Qeyd edək ki, U.Enqdal “Miflər, yalan və neft müharibələri” kimi bir neçə məşhur kitabların müəllifidir.
 Vaxtilə Türkiyənin Hanefi Avcı, İlhan Cihaner, Necip Hablemitoğlu kimi dövlət və mədəniyyət xadimləri müsahibə verərək, ya kitab yazaraq Gülən sektasının qara əməllərini açmışlar. Lakin onların bir çoxu ya güllələnmiş, ya həbsə atılmışdır. Bir vaxtlar ABŞ FTB-sinin müşaviri işləmiş, büronun radikal islam və terror üzrə mütəxəssisi Pol L.Vilyams 1999-cu ildən indiyə kimi ABŞ-da yaşan Fətullah Gülənin Mərkəzi Kəşfiyyat İdarəsinə xidmət etdiyini və hərəkatının 50 milyard dollar sərvəti olduğunu, həmçinin Gülənin fermasında atıcılıq təlimləri keçirildiyini bildirib. Gülən haqqında kitab yazan Vilyams göstərir ki, Amerika Milli Təhlükəsizlik İdarəsinin Baş katibi Zbiqniev Bjezinski Yaxın Şərqdəki türk dövlətləri üçün yeni sözəbaxan islam modeli hazırlayırdı və bu nizamın gəlişməsi üçün vacib fiqur Gülən oldu. Beləliklə, bölgədəki təbii qaz və neft yataqlarının nəzarətini ABŞ-a vermək üçün Fətullah Gülən məktəbləri ilə ölkələrə sızdırılmağa başladı. Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandakı məktəbləri MKİ kadrları ilə dolduruldu. İndi məktəblərdə aparıcı vəzifələrdə 130 MKİ agenti işləyir. Ancaq Pensilvaniyalı imamın təəssüfünə rəğmən, Rusiya və Ukraynadan Gülənçilər qovuldu, nurçu məktəbləri bağlandı.
 Nurçuların Rusiya Federasiyasındakı fəaliyyətinə 2008-ci ildə rəsmən qadağa qoyulub, onların bu ölkədə təhsil ocaqları yaratmasına imkan verilməyib. Bu barədə qərar Rusiya Baş Prukurorluğunun müraciəti əsasında Ali Məhkəmə tərəfindən çıxarılıb. Gülən sektasının istantaq araşdırmalarının nəticəsi olaraq 2002-2007-ci illərdə Rusiyadan bir neçə yüz Türkiyə vətəndaşı deportasiya olundu. Tatarıstan prokurorluğunun təqdimatı ilə türk litseylərinin 44 müəllimi agentura-sabotaj əməllərinə görə Rusiyadan qovuldu. Hal-hazırda Tatarıstanda bir dənə də olsun türk müəllimi yoxdur. Rusiya Fedaral Təhülkəsizlik Xidməti ölkə ərazisində tez-tez bu təhlükəli sektaya qarşı əməliyyatlar keçirir. Bu əməliyyətlar zamanı sekta üzvləri həbs olunur, tapılan ədəbiyyatlar isə müsadirə edilir. Qeyd edək ki, Rusiyada 2008-ci ildə verilən qərarla nurçulara aid bütün dini ədəbiyyatlar qadağan olunub.
 Buna baxmayaraq Gülən tərəfdarları Rusiyanın xüsusən tatarlar məskunlaşdığı ərazilərində gizli təbliğat işləri aparmaqla məşğuldurlar. “Dialoq Avrasiya” Platforması Tatarıstanda millətçiliyin qızışdırılıması üçün geniş iş aparır. Rais Süleymanov bir müddət əvvəl verdiyi müsahibəsində, “Dialoq Avrasiya” Platformasının Rusiya və MDB ölkələrindəki fəaliyyətindən də danışaraq, həmin layihənin ABŞ kəşfiyyatı ilə əlaqədər olmasından söz açır.
 Rusiya Strateji Araşdırmalar İnstitutunun araşdırmalarında göstərilir ki, nurçular postsovet məkanına girən kimi perspektivli gənclər arasında təbliğat işi aparmış, bu sahəyə investisiya qoyaraq gələcək qazanclarını planlamış, gələcək elitanın özlərinə sərfəli həyata baxışlarını formalaşdırmağa çalışmışlar. Rusiya, onun milli respublikalarında, keçmiş avtonomiyalarında nurçular Türkiyənin mənafelərinə uyğun gənclik yetişdirməklə məşğul olmuşlar. Bədnam türk litseyləri nəinki Tatarıstanda, o cümlədən Başqırdıstanda, Xakasiyada, Karaçay-Çerkesdə açılmışdı.Bu adamlar hətta çukçaların içində öz kadrolarını yetişdirmək istəyirdilər. Gülənçilər uzaqvuran planlar qurmuşdular; onlar keçmiş SSRİ ölkələrinə yağlı tikə, oradakı türk-müsəlman gəncliyinə isə potensial qurban kimi baxırdılar. Axı onların məktəblərini qurtaranlar, təlimlərini alanlar 10-15 ildən sonra vacib dövtət postları tutacaq, imkanlı iş adamları olacaq və ictimai fikri yönəldəcəklər. Təsadüfi deyil ki, türk litseylərinə ən yüksək bal toplayan, ən yüksək intellektual qabiliyyətli uşaqları götürürdülər. Türkiyənin özündə təhsil sistemi uzun illərin mason əsarəti boyunca tamamilə məhv edildiyindən onlar Sovet təhsilinin nailiyyətlərindən yetərincə bəhrələnirdilər. 
 Nurçu məktəbləri bu gün hətta Çinin Uyğur bölgəsində də açılıb. Məqsəd nədir? Gülənçilər bu gün orda MKİ tərəfindən müstəqil elan edilən Türküstanın da Çindən asılılığının itirilməsi üçün çalışılır. Araşdırsaz görərsiz ki, Uyğur türklərinin lideri də məhz Çikaqoda yaşayır. “Azad” Uyğurustanın yapılmış gələcək dövlət bayrağını da nədənsə altıguşəli sion ulduzu bəzəyir...
 Pol L.Vilyams göstərir ki, Pensilvaniyada Gülən müəllimin malikanəsini 100-ə yaxın əli silahlı adam qoruyur. Pis deyil. Müəllif göstərir ki: “Gülənin malikanəsində tələbə yataqxanaları, istirahət otaqları, xaricilər üçün mehmanxanalar, helikopter üçün eniş zolağı və atıcılıq təlimi üçün sahələr var. Ətrafını 100 müfafizəçinin qoruduğu bu qaladan gələn silah səsindən tez-tez qonşular narahat olur”. 
  Pol L.Vilyams göstərir ki, Gülən məktəbləri həm də narkotik və silah qaçaqmalçılığı ilə maliyyələşdirilir. Gülən örgütü banklara və biznes dünyasına hökm edir. 2012-ci ildə Harvard Universitetinin professoru Deni Rodrik Gülən camaatını cinayətkar maxinasiyalarda ittiham edərək, onlara məxsus olan “Zaman” qəzetini gizli mafiyanın qəzeti adlandırdı. Həmin mafiya əsasən Sovet ərazisində şaxələşdi, sərhədlər dağılandan sonra Sovet pulları hesabına çiçəkləndi. 

III yazı: Düzene karışmayacaq, yehudi kölesi olacaq, amma namaz kılacak, oruc tutacak

“Fətullah Gülən ümmətin sinəsində yatmış gürzə ilandır”

 Azərbaycan, Rusiya və digər keçmiş SSRİ ərazilərində biznes fəaliyyətinin hesabına Gülən imperiyası boy atdı; 90-cı illərə kimi onlar Türkiyədə acından ölən kiçik bir zümrə idi. Verdikləri rüşvət hesabına bir çox yerlərdə tikinti sektoru gülənçilərin əlinə keçdi, bundan külli miqdarda pul qazandılar. Ötürdükləri rüşvətin və əlaqələrinin hesabına normal Sovet tipli tikinti şirkətlərini aradan çıxarıb öz şirkətlərini ortaya dürtdülər, nəticədə indiki altıvolt çoxmərtəbəli binalar yağışdan sonra göbələk kimi artdı və əhalinin əsas hissəsinin geoloji təhlükə ilə üz-üzə qalmasına gətirib çıxardı. Türkiyədən şmotka gətirməyə gedən azərbaycanlı, rus və ukrain alverçilərin hesabına həm Türkiyə çiçəkləndi, həm də Gülən sindikatına məxsus geyim alqı-satqısı şirkətləri böyük məbləğdə gəlir əldə etdi. Bizi nurçuluq təhlükəsindən qoruyan məhz ruslar idi; Sovet dağılmasaydı, gülənçilər Diyarbəkir çöllərində acından yatıb günorta duran dərviş sektasından başqa şey olmayacaqdı, bütün dünyada belə geniş kalibrdə tanınmayacaqdı.
 Hətta Türkiyədə sekulyaristlərin hakimiyyətdə olduğu ən sərt dönəmlərdə belə Gülənin sektasına toxunmadılar. Nəyin hesabına? ABŞ kəşfiyyatının dəstəyi hesabına. 15 min ənənəçiliyə bağlı dindarı qırdılar, 30 min kommunisti güllələdilər, türmələlərə saldılar, amma Gülənçilərə yenə toxunmadılar. Qəribə deyilmi? Bir çox ekspertlərin fikrincə, Gülənin qondarma islam cərəyanı həmin dönəmlərdə get-gedə populyarlaşan Nəcməddin Ərbakanın “Milli Görüş” nəzəriyyəsinin təsirini azaltmaq üçün ortaya atılmışdı. 1997-ci ildə Türkiyədə ABŞ yönümlü hərbi xunta, İran və əsl islam tərəfdarı olan Nəcməddin Ərbakan hakimiyyətini devirəndə, onun Rifah partiyasını qadağan edəndə generalları alqışlayan yeganə islam rəhbəri də Fətullah Gülən olmuşdu. Gülənə geniş imkanlar verildi, nurçuluğun təbliğat maşını işə salındı. Ərbakanın məşhur sözlərini məhz onda dedi: “Ilımlı islam nə demək? Cihat şüuru olmayacaq, düzene karışmayacaq, yehudi kölesi olacaq, amma namaz kılacak, oruc tutacak...”
 Antiqlobalist Cəbhədə bu gün ən çox işlədilən terminlərdən biri də “amerikansayağı islam”dır. Bu termin iki sözdən ibarətdir. Nəzər saldığımız məsələdə termin kinayə ilə istifadə edilir. Amerikansayağı “islam” formal xarakter daşıyan, zülm və acgözlüyə qarşı heç bir reaksiya verməyən, hegemonluq iddiasında olanları asanlıqla qəbul edib onlara yardım edən “islam”dır. Bu termin Amerika imperializminin istədiyi və müsəlmanları öz nəzarətində saxlaması üçün qondardığı “İslam”ı bildirmək üçün işlədilir.
 İsrail rejiminin Qəzzaya gəmilərlə yardım aparanlara hücumundan sonra dünyanın bir çox islam alimləri rəhbərləri və rəhbərləri öz etiraz səslərini ucaltdılar. Lakin nədənsə başda Səudiyyə olmaqla bəzi ölkələrin alimləri susdular. Təkfir fətvaları ilə yadda qalan bu alimlər, nədənsə İsrail əleyhinə fətvaylamı, bəyanatlamı çıxış etməyi “yaddan çıxardırlar”...
 Axı necə ola bilər, qəzzalılar acından və ya tibbi ləvazimatların çatışmazlığından həyatını itirir, ərəbliyi ilə öyünən və özünü müsəlman sayan şeyxlər əsl islamdan danışırlar? ABŞ İsraillə ən yaxın müttəfiqdir. İsrail isə müsəlman dünyası ilə düşmən mövqeyini gizlətmir. ABŞ-a xidmət edən ölkələr avtomatik olaraq İsrailə də xidmət edirlər. Lakin bunu bilərək xalqa və xüsusilə dindar kəsimə çatdırmaqda Allah tərəfindən məsul olan islam alimləri nədənsə susurlar. Belə olan təqdirdə onlar ya bilərəkdən, ya da bilməyərəkdən amerikansayağı “islam”da oluqlarını bir daha büruzə verirlər.
 Amerikansayağı “islam”ın əsas hədəflərindən biri zülm və hegemonluğa etiraz əvəzinə dəstək verməkdir. Bu dəstək açıq da ola bilər, bəzən sükutla da ola bilər. 
 ABŞ-ın “Sivil İslam” adlı layihəsi var. Həmin projenin birinci bənddə bu cümlələr yazılmışdır: Dünyəvi və ya liberalizmi üstün tutan müsəlmanları dəstəkləmək. Bunun üçün bu cür insanların arasından liderlər, modellər və qruplar meydana gətirmək. Onların əsərlərini nəşr etdirmək, yayılmasına yardım göstərmək və kütlələrə xitablarını təmin etmək.
 Yəhudi Şeril Benardın hazırladığı bu projenin birinci bəndində yazılan dünyəvi liberalistləri dəstəkləmək fikirləri ilk təzahürünü verməyə başlayıb. Artıq bu dəstəyin nəticəsində Diyarbəkir dağlarından, Misir səhralıqlarından, Pensilvaniya çöllərindən o sekta qalmayıb, gətirib ölkəmizə doldurublar. Dünən səhrada ilan-qurbağa yeyənlər bu gün Bakıda ikra yeyir. ABŞ səfirliyi, BP kimi transmilli korporasiyalar Azərbaycan mentalitetinə yad olan gəlmə-gəlinti dini təşkilatlarla sıx əlaqələr qurur. Bir tərəfdən burda təəccüblü heç nə yoxdur. Axı İraq, Əfqanıstan kimi müsəlman ölkələrdə milyonlarla insanın qətliamı, müxtəlif təzyiqlərə və zorlamalara məruz qalması da ABŞ höküməti tərəfindən həyata keçirilir...
 Yeni liderlər yetişdirmək planlarının da (“Parçala və hökm sür” siyasəti) ip ucu görünməkdədir. Bu projedən çıxan təhlillərə əsasən, ABŞ-İsrail zülmünə etiraz edən qüvvələr xalqa radikal istamçılar kimi sırıdılacaq. Ölkəmizə təşrif buyurmuş yeni cərəyanlar isə şişirdilərək ağ donda təqdim olunacaq. 20 ildir ki, bu adamlar xalqa Livanın müdafiə ordusu Hizbullahı terror təşkilatı kimi, iveroalien projesi olan nurçuluğu isə mütərəqqi din kimi sırımağa çalışırdı. Suriya hadisələri zamanı üzə çıxdı ki Hizbullah- dünyanın ən güclü antiterror qrupu imiş, Vikileks sənədləri isə göstərdi ki, nurçuluq- ABŞ-ın agentura şəbəkəsindən başqa bir şey deyilmiş. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyir: “Nəinki Azərbaycanda, bütün dünya müsəlmanları arasında qəbul edilən iki təriqət var, bunlar da Sünni və Şiə məzhəbləridir. Sonradan yaranan nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanları, sadəcə araqarışdırmaq və ixtilaf salmaq səbəbi ilə bəzi qüvvələr tərəfindən ortaya çıxıblar. Bu cür neqativ halların qarşısını almaq üçün birinci növbədə mariflənməyə daha çox yer ayırmaq lazımdır. İndiki cavanların çoxunun Suriya və digər ölkələrdə vuruşmasının başlıca səbəbi əsl İslamdan ayrı düşmələridir”. Maarifləndirmə hardan olacaq ki, telekanallarda yerli şiə ailmlərinə rast gəlmədiyimiz halda yeni pırtlayıb çıxmış islam liderləri tez-tez görünməkdədirlər. Əsas əhalisi şiə olan ölkəmizin parlamentdə bircə şiə alimi olmadığı halda, onlarla nurçu mollasına rast gəlirik. “Onlardan başqa heç kəs düz iş görmür” şüara beyinlərə yeridilir. Məhz həmin nurçu parlamentarilərimizin biri bu yaxında öz köşəsində xalqı silahlanaraq Dərbənddə ruslara qarşı vuruşmağa çağırırdı. Əlbəttə bu terror sayılmaz. Bu cür islamın ABŞ-a nə ziyanı var? Qoy şellənsin! Əksinə bu cür islam onlar üçün çox sərfəlidir.
 İkinci bənddə belə yazılır: ənənəvi müsəlmanları fundamentalistlərə qarşı dəstəkləmək. Bunun üçün aralarındakı anlaşılmazlıqları təşviq etmək və iki qrup arasında meydana gələcək ittifaqa maneə yaratmaq nəzərdə tutulur. Liberallarla ənənəviləri bir-birinə qarışdırmaq planlaşdırılır. 
 Əlbəttə onlarçün hər yerdə amerikansayağı islamın olması, “köhnə”, “mühafizəkar”, “mövhumat” islamın ortadan qaldırılması sərfəlidir. Azərbaycanda bu proje uğurla həyata keçirilir. Məsələn, Amerikan məntiqinə görə Rusiya və İran səfirliklərinin qabağında mitinq keçirmək demokratiya aktı, İsrail və ABŞ səfirliyinin qarşısında mitinq keçirmək isə terror əməlidir. Öz adi insani hüquqlarınını tələb edənlər isə fundamentalistlərdir və hökmən cəzalandırılmalıdırlar...
 Tanınmış Rusiyalı politoloq, filosof alim Heydər Camal deyir ki, bu gün müsəlmanlar aldadırlar, onlara hər tərəfdən dezinformasiya yağdırırlar: “Fətulla Gülən necə islam lideridir ki, ən böyük arzusu Vatikanda dəfn olunmaqdır? Gülənin dünya ölkələrinə yayılmış məktəbləri ABŞ kəşfiyyatı üçün agentura yuvalarıdır. Təəssüf ki bu gün Gülənin davamçılarına Orta Asiyada da, Volqaboyunda da rast gəlinir. Nurçuluq zəhəri geniş ərazilərə yayılıb. Çünki müsəlmanlar sadəlövhdürlər. Gülən insanların başını dinlərarası dialoqla dumanlandırır. Əslində heç bir dinlərarası dialoqdan söhbət getmir, onun yeritdikləri sadəcə Dəccalın doktrinasıdır. Bu adamlar müsəlmanları neytrallaşdırmaq istəyirlər, çünki məhz müsəlmanlar Allahın əsas ordusudurlar və qiyamət günü Dəccala qarşı da onlar vuruşacaqlar. Müsəlmanları nurçuluq təbliğatı ilə zəhərləyib sıradan çıxarmaq istəyirlər. Mən üzümü qardaşlara tutub deyirəm: Gülənin hər yerdə iç üzünü açın, onun təbliğatına harda rast gəlsəniz müsəlman qardaşlarımızın gözünü açın! İnsanlarımızın bir çoxu onun toruna düşüb. Məlumatsızlıqdan istifadə edib insanları öz qara əməllərinə cəlb edə bilib. Fətullah Gülən - ümmətin sinəsində yatmış gürzə ilandır!”
 Qardaşlar, son zamanlar ölkədə qeyri-ənənəvi dinlərin nüfuzu güclənməyə başlayıb. Təhlükə eyni zamanda bəzi xarici ölkələr tərəfindən maliyyələşən radikal islamçı cərəyanlardan- vəhhabilər və nurçulardan gəlir. Hal-hazırda vəhhabilik və nurçuluq Azərbaycanda ən çox yayılmış və təşkilatlanmış qeyri-ənənəvi dini cərəyan hesab olunur. Demək olar, Azərbaycanın bütün bölgələrində icmaları mövcuddur. Dünyanın bir çox ölkələrində terrorçuluq, dini ekstremizm yaydığına görə bu dini cərəyanlar qadağan olunub. Amma bizdə qeyri-ənənəvi dinlər sırasına aid olan nurçuluq və vəhhabilik günü-gündən genişlən(diril)ir. Bir çox ekspertlərin də qeyd etdiyi kimi, bu gün nurçuluq vəhhabilikdən də təhlükəli cərəyandır. Çünki vəhhabiliyin lozunqları açıq-aşkardırsa, nurçuluq pərdələnmiş şəkildə iş aparır. Xəbər saytlarından da oxuğumuz kimi, Suriyaya hökumət qüvvələrinə qarşı vuruşmağa gedən vəhhabilərin göndərişini məhz Hizmət hərəkatı- nurçuların Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi təşkil etmişdir. Azərbaycandan Suriyaya 3 minə yaxın adam göndərilmişdir ki, onların bir çoxu həyat yoldaşları və uşaqları ilə getmiş, orada ailəsi qarışıq məhv olmuş, çoxları itkin düşmüşdür. Həm özləri bədbəxt olmuş, neçə-neçə ailəni də bəxbəxt etmişlər. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, xüsusilə ayrı-ayrı internet klublarda və idman zallarında fəal təbliğat aparan nurçular gəncləri əvvəlcə Türkiyəyə aparır, daha sonra isə Hatay vilayətindəki kamplarda bir müddət döyüş üçün hazırlayır, təlim keçirlər. Bundan sonra gənclər Türkiyədən asanlıqla Suriyaya yola salınırlar. İslama xidmət adı ilə maskalanmış Hizmət hərəkatı bununla Qlobal hakimiyyətin qulluğunda durduğunu bir daha sübut edir. Onlar bu gün ölkəmizdə türkçlüyü əldə silah ediblər, milliyətçi gəncliyi alətə çeviriblər. Müşahidələr göstərir ki, türkçülüyə yönəldilmiş gənclər sonradan vəhhabilərçün əsas xammal bazasına çevrilirlər. Türkçülük ideologiyasının boşluğunu görən gənclər sonradan “Ümumdünya xəlifəti” kimi radikal cərəyanlara yuvarlanırlar. Cinayət məsuliyyətinə cəlb olunmuş vəhhabilərin də nədənsə çox vaxt məhkəmələrdə hüquqlarını nurçu vəkillər qoruyur. Onların piarçılarını çox vaxt eyni məclislərdə görmək olur. Çox vaxt eyni saytlar həm nurçuluğu, həm də vəhhabiliyi təbliğ edirlər. Türk litseylərini qurtaranların içində çoxlu “Hizb-ut-Təhrir” tərəfdarlarına rast gəlmik olur. Məhz bunları əsas gətirərək Rusiya Strateji Araşdırmalar İnstitutu belə bir nəticəyə gəlir ki, Səid Nursi və Gülən ideyaları tərəfdarları cəmiyyət üçün “Hizb-ut-Təhrir” üzvləri və təfkirçi-cihadçıllar qədər təhlükəlidirlər. Şərə qarşı birlikdə olaq! İudanın gənclərimizi zəhərləməsinə, gələcəyimizi məhv etməsinə imkan verməyək!

Комментариев нет:

Отправить комментарий