17.04.2014

Putin NATO-ya meydan oxudu: “Biz hamını boğarıq”

Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt”də rusiyalıların suallarını cavablandırırdı

Mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin NATO-nin genişlənməsi ilə bağlı “Rusiya bugün” agentliyinin baş direktoru Dmitri Kiselyovun ünvanladığı suala sərt cavab verib: “Biz özümüz hamını boğarıq. Siz nədən qorxursunuz?”. 
Rusiya mətbuatının verdiyi xəbərə görə, bundan başqa, Rusiya prezidenti Avropada ABŞ-ın Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsinə də münasibət bildirib: “Mən dəfələrlə bildirmişəm ki, bu elementlər Avropa da yerləşdirilərsə, biz də cavab verməli olacayıq. Bu silahlanma yarışının başlamaq üçün bəhanədir. Bunu nə üçün edək? Daha yaxşısı raket təhlükəsi varsa, onu birgə həll etməkdir”. .

Rusiya prezidenti öz çıxışında bəyan edib ki, Ukrayna hakimiyyəti ölkənin şərqində insanlarla danışıqlar aparmaq əvəzinə güc tətbiq edib. Onun fikrincə, bu, rəsmi Kiyevin öz xalqına qarşı cinayətidir.
Vladimir Putin Ukraynanın şərqində Rusiya xüsusi xidmət orqanları və hərbçilərinin olması ilə bağlı iddiaları təkzib edib: “Bu, cəfəngiyyatdır. Ukraynanın şərqində Rusiyanın heç bir xüsusi xidmət orqanı yoxdur. Onlar yerli sakinlərdir. Bunun sübutu kimi maskalarını çıxardılar. Onlar o torpağın sahiblərinidir, heç bir yerə getməyəcəklər”.
Bundan başqa, Vladimir Putin Ukrayna üzrə dördtərəfli görüşün keçirilməsinin vacibliyini vurğulayıb.
***
“Rusiya Krıma qarşı hərbi əməliyyatları, ilqahı heç vaxt planlaşdırmayıb. Orada rus əhaliyə qarşı konkret təhlükə var idi”, - Vladimir Putin deyib.
***
“Biz hamımız müəyyən emosityaların təsiri altındayıq. Əminəm ki, biz Ukrayna ilə qarşılışlı anlaşma yolunu tapacağıq. Bir birimizdən heç bir yerə gedəsi deyilik. Ümid edirəm ki, Ukrayna başa düşəcək ki, Rusiya Krımda başqa cür hərəkət edə bilməzdir”, - Vladimir Putin bildirib.
***
“Əgər bir-birimizə hörmətlə yanaşırıqsa, o zaman bir-birimizin seçim hüququna hörmət etməliyik. Ukraynada insanlar Krımda yaşayanların seçiminə hörmətlə yanaşmalıdırlar. Rusiya hər zaman Ukraynanın yanında olub, yanında da qalacaq. Rusiyanın Ukraynaya yardımı yüzlərlə milyard dollardır. Bizi çoxlu ümumi maraqlar da birləşdirir. Biz əməkdaşlıq etməli və birlikdə olmalıyıq”,- Rusiya prezidenti əlavə edib.
***
Putin: “Krımın özünü müdafəsinin arxasında Rusiya ordusu dayanmışdı”.

birlik.az

Комментариев нет:

Отправить комментарий