Quba və Xaçmaz rayonlarında yaşayan sakinlər arasında Rusiya səfirliyinə müraciət edənlər var.
Şimal zonasının çox sayda sakini Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə sənədlərini təqdim etməyə başlayıb.
Rusiyanın bir neçə gün öncə vətəndaşlıq almaq üçün şərtləri sadələşdirməsi, o cümlədən Gömrük İttifaqı layihəsini reallaşdırmaq üçün fəaliyyətini genişləndirməsi MDB ölkələrində, eləcə də Azərbaycanın şimal bölgəsində insanları hərəkətə gətirib.
Mənbənin sözlərinə görə, Putinin SSRİ-ni bir başqa modeldə bərpa edəcəyi barədə deyilənlər Quba-Xaçmazda sakinlərini bu ölkənin vətəndaşlığını qəbul etmək üçün təbliğatın başlanmasına səbəb olub. Belə ki, Rusiya bazarlarında çörək pulu qazanan həmin adamlar elə bu ölkənin vətəndaşı olmaq qərarına gəliblər.
Sənədlərini təqdim edənlərin əksəriyyəti Rusiyada qeyri-qanuni yaşayan azərbaycanlı miqrantlardır. Onların fikrincə, leqallaşma həm dövlətə, həm də onlara sərf eləyir:
“Bu vaxta kimi Rusiyada qeyri-qanuni qalsaq da, vergi vermirdik, həm də rus vətəndaşının sahib olduğu imtiyazlardan məhrum idik. Bu qərar bizim üçün yaxşı oldu”.
Rusiya səfirliyindən faktı təsdiqlədilər:
“Rusiya vətəndaşlığını qəbul etmək istəyən Azərbaycan vətəndaşlarının olması doğru xəbərdir və bizə həddən artıq çox müraciətlər var. Dəqiq statistikanı isə hazırda verə bilmərik, çünki rəqəmlər hər an dəyişir”. /axar.az/
Комментариев нет:
Отправить комментарий