25.04.2014

İngiltərənin tarixi istismarçılığı

İlkin Məmmədov

İngiltərənin müstəmləkə tarixi

Dünyada bir çox ölkənin daxili siyasətinə qarışmış, müstəmləkəçilik etmiş və hələ də müstəmləkəçilik etməyə davam edən İngiltərə barədə məlumat vermək istəyirəm. İngiltərə müstəmləkəçiliyə 1688-ci ildə baş verən inqilabdan sonra başlamışdı. Bu inqilab ilə İngiltərədə dövlət idarəçiliyi sistemi quruldu. Parlament ölkənin güc strukturu halına gəlmişdi. Bu inqilab daha sonra Hannover xanədanının iqtidara gəlməsi ticarət burjuasına sərf etdi və ingilis müstəmləkəçiliyini sürətləndirən güc oldu.
İnqilab dənizlərdə genişləndi. Daha çox ticarət gəliri əldə etmək üçün böyük bir imperiya quruldu və bütün dünya iqtisadiyyatını öz mənfəətləri üçün istismar etməyə başladılar. Əlbəttə bunları etmək üçün dənizlərdə və okeanlarda böyük güc olmağa ehtiyac var idi. Bunu da qısa zaman ərzində həll edərək genişlənməyə başladılar.

İngiltərənin bu qədər qısa zaman ərzində ərazilərini böyütməsi və müstəmləkəçilik siyasəti aparması digər böyük güclərin İngiltərə əleyhinə ittifaq qurmasına səbəb oldu. Bu döyüş ittifaq dövlətlərinin yox, İngiltərənin xeyrinə yekunlaşdı və İngiltərənin istismarçılığı daha da geniş ərazilərə yayıldı. “İspaniya Vərasət döyüşləri” (1701-1713) və “Yeddi İl döyüşləri”  (1756-1763) İngiltərənin çox önəmli istismarçılıq etməsinə səbəb oldu. Bundan əlavə Hindistanda bölgə hakimiyyəti üçün Fransızlarla baş verən ”Plasey döyüşü” bölgədən Fransızların çəkilməsinə və buraları İngiltərəyə təhvil verməsinə səbəb oldu. Bununla da Hindistan ilə İngiltərə arasındakı ən önəmli keçid yeri olan Orta Şərq bölgəsi daha da önəmli olmağa başladı.

1770-ci illərdə Amerika və Hindistan olmaq üzrə 2 İngilis nüfuz bölgəsi meydana gəlmişdi. Bu geniş torpaqların qorunması və istismar olunması getdikcə ağırlaşan nəqliyyat problemləri səbəbi ilə dəniz hərbi bazaları problemi yaranmağa başladı. 
Bu dövr əslində Şərq ilə rahat ticarət etmək, bazarları və ticarət yolları üzərindəki strateji mövqeləri əldə tutmaq üçün mübarizənin olduğu zaman idi. 
Bu dövrdə Orta şərqin əhəmiyyətinin artmasının digər səbəbi də, Atlantik yolunun nəzarətinin hollandiyalıların əlində olmasından qaynaqlanırdı.  Xüsusilə hollandiyalıların nəzarətində olan Aralıq dənizi ingilislər üçün daha da önəmli olmuşdu.
Sənaye inqilabının birinci hissəsi ilə İngiltərə etdiyi müstəmləkəçiliyində plantasiyalardan əldə etdiyi xam maddəni çox qısa zamanda bazara çıxarda bildi. Bununla mübarizə apara bilməyən yerli tacirlər ticarətin böyük hissəsini ingilislərə vermək məcburiyyətində qaldılar.  
“Napalyon döyüşləri” İngiltərəni həqiqi mənada təhdid etmişdi. Bu cür problemlərdən çıxdıqdan sonra İngiltərə Hind okeanını əhatə edən yeni güclü hərbi bazalar qurmaq dövrünə qədəm qoydu.
19-cu əsrin əvvəllərində İngiltərə bütün dənizlərə tamamilə hakim olmuşdu. Bundan əlavə İngilislər bu dövrdə ilk dəfə Şərqi Aralıq dənizində özünün varlığını hiss etdirməyə başlamışdır. Bunun mənası isə, dünya ticarətində ən böyük söz sahibi olmasından əlavə, çox böyük maddi sərvətlərin İngiltərəyə axması idi.
İngiltərə liberalizminin yüksəlişi bu dövrdə meydana gəlmişdir. İngiltərə kölələri qorumaq adı ilə bəzi qanunlar qəbul edib, onların sahibi rolunu öz üzərinə götürmüşdü. Bu da Asiya və Afrikada kiçik dövlətlərə müdaxilə haqqı vermişdir. 1830-cu illərdə başlayan Sənaye İnqilabının ikinci böyük dalğası ilə görülən ən böyük dəyişiklik istehsalda olan artım idi.
Böyük miqyaslı fabrik istehsalı və nəqliyyat üsullarında meydana gələn yeniliklər Avropa ticarətini çox böyük bir hala gətirdi.
İstehsalın böyük ölçülərə çatması malların çox ucuza satılmasına səbəb oldu. Bu dövrdə İngiltərə dünyanı iqtisadi baxımdan istiqamətləndirirdi.
Ticarət burjuaziyasının yerini alan XVII və XVIII əsrlərin zəif sənaye burjuaziyası siyasətə ağırlığını qoymağa başlamışdı. Bunun sayəsində müstəmləkələr və bazarlar üzərindəki İngilis ticarət şirkətlərinin istiqaməti dəyişdirilib sərbəst bazar iqtisadiyyatı gətirilmişdi.
Sənaye İnqilabının bu hücumu ilə dəmiryolu istehsalı, kömür və polad sənayeləri inkişaf etdi. İngiltərə artıq dünyanın ən əhəmiyyətli sənaye mərkəzi halına gəlmişdi və dünya ticarətinin ən əhəmiyyətli qərar verici dövləti idi. Mallarını satmadığı yalnız bir neçə ölkə qalmışdı. İngiltərə istismarçılığı bazarların mütləq hakimi olmasının yanında Osmanlı Dövləti kimi müstəqil dövlətlərin bazarlarını da sərbəst ticarət razılaşmaları ilə ələ keçirmişdi.

Süveyş kanalı. Sinay yarımadasının qərbində, Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Süveyş kanalının açılması çox əhəmiyyətli bir hadisə idi və bu hadisə Avropanın dirçəlməsində hərəkətli bir dövr olmasına səbəb oldu. Kanal böyük ticarət yollarını dəyişdirmişdi. Bundan sonra Orta Şərq İngiltərənin maraqları baxımından daha da əhəmiyyətli hala gəlmişdi və bölgə üzərindəki siyasətində bəzi dəyişikliklərə getmək zəruriliyi yaratmışdı.
Bu vəziyyətdə İngiltərənin Şərqi Aralıq dənizində heç bir hərbi bazasının olmaması, onun Rus təhlükəsinə qarşı kömək qarşılığında Kipr Adasını ələ keçirməsi ilə nəticələndi. Bu hadisənin ardını Misirin işğalı izlədi. İngiltərə Afrika və Asiyada xammala görə zəngin və strateji özəlliyi olan yerləri ələ keçirərək böyüməyə davam etdi.
Misir İngiltərənin maraqları baxımından yalnız Süveyş Kanalının tapılması səbəbi ilə əhəmiyyətli deyildi. Ayrıca Cənubi Afrikadan əldə etdiyi ləl-cəvahirat və digər qiymətli mədənlərin rahatca daşınması üçün inşa etməyi planlaşdırdığı Ümid Burnu-Qahirə Dəmiryolu aspektindən son dərəcə əhəmiyyətli idi. Əlavə olaraq, ingilislərin Afrikada Şimal-Cənub istiqamətli bu irəliləməsi, Fransızların Şərq-Qərb istiqamətində olan genişlənməsi ilə toqquşduğu üçün bu iki imperatorluq burada hakimiyyət mübarizəsinə girdi və bu mübarizəni də İngiltərə qazandı.
Qısa bir zaman sonra İngiltərə böyüməkdə olan Almaniya qarşısında ən böyük rəqibi olan Fransa ilə əməkdaşlıq etdi. I Dünya müharibəsini qazanan bu dövlətlər məğlub olan dövlətləri, xüsusilə Osmanlını aralarında bölüşdürdülər. 
İngiltərə bu bölüşdürülmədə strateji və nefti zəngin olan yerləri aldı. Bu dövrdə neftin rolunun yaxşıca artması artıq İngiltərənin tamamilə Orta Şərqə yönəlməsinə səbəb oldu. Bu hakimiyyət Mandat Rejimi ilə davam etdirildi. İngiltərə İran kimi ölkələri də siyasi və hərbi gücünə güvənərək, istismar etməyə davam etdi.  

(Ardı var)         islamazeri.az

Комментариев нет:

Отправить комментарий