İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbrahim Badkubeyi on üçüncü əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin alimlərindən aldıqdan sonra dini, təhsilini davam etdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin islam, elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəni Bakıya qayıdır, İslam elmlərinin tədrisi və şəriət ehkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur.
Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür, Təbrizdə sakin olur və orada ailə qurur.
1921-ci ildə Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə, həm də öz evində islam elmilərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, xüsusilə dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir, hər kəs çalışırdı ki, ona hansısa bir qulluq etsin. Alim də ona verilən bütün hədiyyələri fəqirlərə və yoxsullara verərək onları himayə edirdi. Bu şəhərin mömin şəxslərindən biri belə söyləyir: “Hər vaxt ona bir şey verilsəydi və ya əlinə bir şey düşsəydi, fəqirləri və ya ehtiyacı olanları tapıb onlara kömək edərdi. Tacirlərdən biri bazarda mənə bir hədiyyə verib deyirdi ki, bunu o alimə çatdırım. Mən də hədiyyəni ona verən kimi dərhal onu özümə qaytarıb buyururdu ki, bunu filan fəqirə çatdır”. Bəzi vaxtlar paltarları olmayan fəqirlərin əlindən tutub dükana aparır istədikləri paltarları onlara hədiyyə alırdı. Bu işlə onların qəlbini sevndirir və bu işdən ləzzət alırdı. Şəri malları (beytul-malı) saxlamaqda çox ciddi və diqqətli idi. Belə ki xums, zəkat və sair kimi verilən şəri vergiləri əlində saxlamaz, dərhal ehtiyacı olan tələbələr və fəqirlər arasında bölərdi. Bir il məhərrəm və səfər aylarında yığılan 1800 tümən pulu (o zaman bu məbləğin böyük qiyməti vardı) ehtiyacı olanların arasında bölür.
Həyatda çox sadə və zahid olub, həmişə çalışırdı ki fəqir və ehtiyaclı şəxslər kimi yaşasın. Həyat yoldaşı Təbrizin Ələvi seyyidlərindən biri idi. Bir gün alimin bu vəziyyətindən narazı halda para-para olmuş paltarı onun qarşısına atır və bu vəziyyətdən şikayət edir. O, son dərəcə mehribançılıqla və mülayimliklə onun sözlərinə qulaq asdıqdan sonra buyurur: “Başqalarının heç o cür köhnə parçası da yoxdur. Bu halda bizə yaraşarmı ki, təzə parçamız olsun!”.
Bu dahi alim ruhanilərə, tələbələrə və elm əhlinə dərin ehtiram edirdi. Çox vaxt tələbələrin özlərinə inamı artırmaq və onlara şəxsiyyət vermək üçün tələbələri camaat namazında qabağa verir, özü isə camaatla birlikdə onun arxasında namaz qılırdı. Nəhayət bu dahi alim, böyük fəqih, 1322-ci şəmsi ilində Allahın rəhmətinə qovuşur. Ona əzəmətli şəkildə matəm tutduqdan sonra təntənəli surətdə dəfn edirlər.
Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:
Отправить комментарий