29.04.2014

KOMMUNİSTLƏR 1 MAY BAYRAMINA HAZIRLAŞIRLAR

1920-ci ildən başlayaraq 1 may ölkəmizdə rəsmi bayram kimi qeyd olunub. Lakin 1992-ci ildə keçmiş prezident Əbülfəz E lçibəyin göstərişi ilə 1 Mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub. Buna baxmayaraq, Azərbaycan kommunistləri hər il bu bayramı keçiriblər. Bəs, bu il kommunistlər bayrama necə hazırlaşırlar?
Azərbaycan Kommunist Partiyası /AKP/ MK-nın katibi Ədalət Abdinov bildirdi ki, onlar hər il olduğu kimi, bu il də 1 May bayramını təntənəli şəkilldə qeyd edəcəklər. Tədbir Bakının Nizami rayonundakı Fəhlə abidəsinin önündə keçiriləcək. Qardaş respublika kommunist partiyalarından qonaqlar dəvət olunmuşdur. Bayram günü sosializm uğrunda sədaqətlə mübarizə aparan kommunistlərin bir qrupuna mükafatlar, fəxri adlar veriləcəkdir.Toplantıdan sonra kommunistlər Bakı bulvarında bayram gəzintisinə çıxacaqlar.
Mövcud qanuna uyğun olaraq, tədbir barədə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət olunmuşdur. Bu ilki 1 May bayramının kommunistlər üçün əlamətdar cəhətlərindən biri də ondan ibarətdir ki, Azərbaycan KP MK ölkədə 1 mayın bayram elan edilməsi və həmin günün iş günü sayılmaması üçün qanun layihəsi hazırlayır və onu Milli Məclisə təqdim edəcəkdir. Bundan əlavə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bu bayramın gündəmə gətirilməməsini ciddi bir nöqsan hesab edilmiş və həmin təşkilatın rəhbərliyinin nəzərinə çatdırılmışdır.

Комментариев нет:

Отправить комментарий