İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Öz əsrinin Nəcəfi-Əşrəfdə olan görkəmli fəqihlərindən və müctehidlərindən biri olan Ayətullah Şeyx Mövla Ağa Lənkərani on üçüncü hicri əsrinin əvvəllərində Lənkəranda dünyaya göz açmışdır. O, Nəcəfi-Əşrəfdə “Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olmuş, ustadının üsul və fiqh dərslərini risalə şəklində yazmış, bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunmuşdur.
Ustadının bəyanatlarını yazıb topladığı iki cildlik “Üsuli-fiqh” kitabı ondan yadigar qalmışdır. Alimin vəfat tarixindən əldə heç bir mə`lumat yoxdur. Təkcə 1872-ci illərdə həyatda olması mə`lumdur.
Mənbə: Faiq Vəli oğlu
Комментариев нет:
Отправить комментарий