13.12.2017

5-ci nəsil F-22 təyyarəsinin istehsalına ABŞ büdcəsindən 80 milyard dollar xərclənmişdir. F-22 təyyarəsi dünyada analoqu olmayan döyüş təyyarəsi kimi geniş reklam olunmuşdur. Lakin təyyarənin deffekt olduğu üzə çıxmışdır. Xikem aviabazasınında qəfil yoxlamaların nəticələri Pentaqon üçün məyusedici oldu: həyəcan siqnalı ilə göyə qaldırılmış F-22 təyyarələrində çoxlu qüsurlar və kritik “siqnallar” aşkarlandı. ABŞ hərbi hava qüvvələri komandanı Debora Li Ceyms bildirdi ki, əgər təyyarəni düzəldən “Lokxid Martin” şirkəti 2016-cı ilə kimi qüsurları aradan qaldırmasa və hərbi hava qüvvələrini qane edən modernizasiya variantı təklif etməsə, 2018-ci ildə F-22-lər ordudan yığışdırılacaq. Kislorod generasiyası sistemindəki deffekt səbəbindən müdafiə naziri Leon Panetta uçuşlara məhdudiyyət qoydu: pilotlar şikayətlənirdilər ki, kabinədə hava çatışmır, ürəkbulandıran iy gəlir və onlar boğulurlar. 2 pilot buna görə F-22-də uçmaqdan ümumiyyətlə imtina etdilər və məsələni ictimailəşdirdilər. Panettanın sərəncamına əsasən F-22 ilə uzaq məsafələrə uçmaq qadağan edildi; eniş zolağı yaxında olmalıydı ki, təhlükə yarandığı təqdirdə təyyarə tez enə bilsin. 2010-cu ildə Alyaskada pilot Ceffri Xeninin idarə etdiyi F-22 təyyarəsi məhz kabinədə hava çatışmazlığından qəzaya uğradı və pilot həlak oldu. Bundan sonra Alyaskadakı bazadan F-22 təyyarələrinin uçuşu tam dayandırıldı. Hava çatışmazlığına görə 2011-ci ildə F-22 təyyarələrinin 7,6 km-dan hündür məsafəyə qalxmasına qadağa qoyuldu. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий