Sağ tərəfdə əyləşən Bakı milyonçusu Kərbəlayi Mirzə Hüseyn Qurban oğlu. Mirzə Hüseyn əsrin əvvəllərində kasıb bir ailədə dünyaya göz açıb. Xarrat sənəti ilə məşğul olub. Ömrünün cavanlıq illərini çox kasıb bir vəziyyətdə yaşayıb. 19-cu əsrin əsrin əvvəllərində onun əmisi oğlu Ramanalı neft miıyonçusu Ağabəy vərəm xəstəliyindən dünyasını dəyişir, öz var-dövlətini Kərbəlayi Mirzə Hüseynə əmanət edir. Ondan sonra da Kərbəlayi Mirzə Hüseyn onun var dövlətini sahib olaraq milyonçu olur.
Maştağada məşhur olan Mirzə Hüseyn hamamı onundur. Zəmanəsinin adamlarının dediklərinə görə o hamam gözəl rəsm əsərləri ilə bəzədilmişdi. Hamamın girəcəyi İrandan, Bağdaddan,Firəngistandan və başqa xarici dövlətlərdən gətirilən rəsm əsərləri ilə doluydu. Hamam bir gün kişilər üçün, bir gün də qadınlar üçün fəaliyyət göstərirdi. Hamama gələnlər üçün o rəsm əsərlərini izləmək xüsusi zövq verirdi. Eyni zamanda Ramanada Mirzə Hüseynin neft mədənləri var idi.
1920-ci ildə yaxın dostları tərəfindən onun qəbri Kərbala şəhərinə köçürülmüşdür. Lakin hal-hazırda Bibiheybətdə sərdabəsi mövcuddur.
Mehdi Əjdər oğlu
Комментариев нет:
Отправить комментарий