14.12.2017


ABŞ-ın İsrailə verdiyi bir çox vertolyotlar kimi, CH-53 transport vertolyotda istifadə olunduğu gündən İsrail ordusunda olmazın faciələrlə yadda qalmışdır. 12 oktyabr 1973-cü ildə misirlilər İsrail ordusunun istifadə etdiyi CH-53 vertolyotunu vurdular, içindəki 7 nəfərlik heyətdən 5-i öldü. 24 oktyabr 1973-cü ildə uğursuz hücum zamanı yaralanmış 20 yəhudi əsgərini götürüb qayıdarkən vertolyot yolda vuruldu, içindəki 24 nəfər hamısı qırıldı. 19 aprel 1974-cü ildə Xermon dağı uğrunda gedən döyüşlər zamanı bu modifikasiyadan ola 2 İsrail vertolyotu toqquşdu, bir vertolyotun içindəki 9 nəfər hamısı öldü, o biri vertolyotdakılara isə heç nə olmadı. 19 may 1977-ci ildə CH-53 vertolyotu idarəetməni itirərək təpəyə çırpıldı və içindəki 54 yəhudi əsgəri öldü. 11 iyun 1982-ci ildə Birinci Livan Müharibəsi gedişində yəhudi tankının yanlış atəşi nəticəsində öz “Kobra” vertolyotları vuruldu, onu eviakuasiya etmək üçün CH-53 vertolyotu göndərildi, lakin CH-53-ün “Kobra”nı daşıyıb aparmağa gücü çatmadı, yarı yolda hər 2 vertolyotun qəzaya düşəcəyini görən pilot “Kobra”nı buraxdı, vertolyot 500 fut hündürlükdən düşərək parça-parça oldu. 4 fevral 1997-ci ildə İsrailin 2 CH-53 vertolyotu göydə toqquşdu, 8 nəfər ekipaj, 65 əsgər və zabit öldü. 4 sentyabr 1997-ci ildə Livanda mühasirəyə düşmüş yəhudi əsgərlərinin xilası zamanı vertolyot odlu silahdan açılan atəş nəticəsində zədə aldı və özünü güc-bəla ilə bazaya çatdıra bildi. 2006-cı ilin yayında İkinci Livan Müharibəsi gedişində 2 İsrail vertolyotu havada bir-biri ilə toqquşaraq məhv oldu, 1-i isə vuruldu, içindəki 5 nəfərlik heyət hamısı qırıldı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий