16.12.2017

ABŞ silah-sursatı reytinq şirkətlərinin hesabatlarında ilk yerləri tutsa da, real döyüş meydanında özünü biabırçı şəkildə göstərir. Xüsusi hərbi nəşrlərin səhifələrində amerikan təyyarə, gəmi, tank, top və digər texnikalarının xarakteristikası şişirdilmiş formada verilir, amma reallıqda fərqli mənzərə yaranır. Virtual meydanda ABŞ silahının analoqu yoxdur, əsl müharibədə isə heç bir işə yaramadığı bəlli olur. Statistika yalan danışır; ABŞ, eləcə də İsrail silah-sursat və hərbi texnikası özünü kağız üzərində bir cür, döyüş meydanında başqa cür aparır. Maraqlıdır ki, reytinq cədvəllərində adətən ABŞ-ın “Abrams” və İsrailin “Merkava” tankları birinci yerləri tutsalar da, beynəlxalq silah bazarında ən çox tələbat Rusiyanın T-90 tankınadır. Və bu reytinq deyil, konkret faktdır ki, real kontraktlarda özünü göstərməkdədir. Hizbullah çoxdan bütün dünyaya sübut etmişdir ki, İsrailin tərifli “Merkava” tankları ilə ciddi rəqiblə döyüş aparmaq mümkün deyil. Hətta acı təcrübədən nəticə çıxaran İsrail ordusu İkinci Livan Müharibəsində “Merkava” tanklarını hücum əməliyyatlarında iştirakdan daha çox yaralı əsgərləri döyüş meydanından çıxarmaq üçün istifadə etdi. Bununla belə, cəmi 34 gün gedən döyüşlərdə İsrail hərbçilərinin məlumatına görə 52, Livan hərbçilərinin məlumatına görə 164 “Merkava” tankı məhv edildi.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий