14.12.2017

Bu gün Rusiya döyüş vertolyotları NATO vertolyotları ilə müqayisədə ona görə keyfiyyətli və populyardır ki, ötən əsrin 70-ci illərindən döyüş vertolyotlarını SSRİ-də dövlət özü istehsal etdiyi halda, ABŞ və digər Qərb dövlətlərində onları “Boinq”, “Xyuz”, “Bell”, “Lokxid”, “Sikorski” kimi şəxsi şirkətlərə sifariş verirdilər. “Apaç” vertolyotu ABŞ ordusunda tam oturuşana kimi məşəqqətli yol keçmişdir; 10 il ərzində qəzalarla müşayiət olunan sınaqlardan sonra vertolyot guya təkmilləşdirilsə də, orduya veriləndən sonra da qəzaların ardı arası kəsilmədi. Təkcə 1983-1984-cü illərdə insan itkisi ilə nəticələnən bir neçə ağır qəza baş verdi: vertolyotun gah rol vintləri, gah da pərləri sıradan çıxır. İndi də “Apaç”lar ara-sıra qəzaya uğrasalar da, ABŞ Müdafiə Nazirliyi belə faktları ciddi-cəhdlə gizlətməyə çalışır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий