-İsgəndər Həmidovun nazir olduğu müddətdə törətdiyi əməllər hələ xalqın yadından çıxmayıb. 1992-ci ildə onun sifarişi ilə daxili işlər nazirinin müavini olmuş Qüdrət Paşayev 200 nəfərlik silahlı polis dəstəsi ilə evimə basqın etdi. Bütün var-dövlətimi ələ keçirdilər. Özüm də daxil olmaqla 8 nəfərlik ailə üzvümü istintaq işi aparmadan, məhkəmə qərarı olmadan 7 ay yarım Bayıl təcridxanasında saxladılar. Mənim həbsimlə bağlı fitva o zaman Ali Sovet sədrinin səlahiyyətlərini icra edən İsa Qəmbərin kabinetində verilmişdir. Bunu İsa Qəmbər Məkkə ziyarəti zamanı təsdiqlədi. Onların məqsədi Bakının nufuzlu şəxslərini həbs etdirmək, proseslərdən kənarlaşdırmaq idi. 1992-ci il sentyabrın 15-də mənə açıq-aydın dedilər ki, sənin həbsini İsgəndər Həmidov sifariş etdirib. Mənim hansı şəraitdə həbs olunduğumu AXCP fəalı olan Maştağalı Zakir Quliyev də təsdiq edə bilər, çünki o da orada idi. Həbsdə olanda Çingiz Qənizadə Bayıla gəlib mənimlə görüşdü, o bir blok "Malboro" siqaret də gətirmişdi. 2 saat mənimlə söhbət etdi və İsgəndər Həmidovun sifarişilə həbs edildiyimi bildirdi. Məkkə ziyarəti zamanı İsgəndər Həmidov ona salam üçün əlini uzatsa da, qəbul etmədim. İsgəndər Həmidov orada mənə dedi ki, səni Çingiz Qənizadə həbs etdirib. Nazir olanda insanlara qarşı görünməmiş cinayətlər törədən İsgəndər Həmidov indi özünü islahatçı, düzgün adam kimi qələmə verməyə çalışır. İ.Həmidovun əməllərinə hüquqi qiymət verilməli və o cəzalandırılmalıdır.
Комментариев нет:
Отправить комментарий