13.12.2017

ABŞ dövləti 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin düzəldilməsinə 1,5 trilyon dollar pul sərf etdi. Təyyarənin yaradılmasında ABŞ-dan başqa İngiltərə, Fransa, İtaliya, Kanada, Türkiyə, Avstraliya, Norveç, Niderland və Daniya da iştirak etdi və maliyyə yatırdılar. Birlikdə əlləşib-vuruşub 2006-cı ilin dekabrında bu təkadamlıq təyyarəni nəhayət ki havaya qaldırdılar. F-35-in qiymətinin 80-90 milyon dollar olacağı proqnozlaşdırılsa da, gec və məşəqqətli başa gəldiyindən 237 milyon dollara qalxdı. Lakin hazırlanıb orduya veriləndən sonra üzə çıxdı ki, təyyarədə çoxlu deffektlər var. 2013-cü ilin fevralında F-35-in mühərrikində çat aşkarlandı və buna görə 1 həftə bütün uçuşları dayandırıldı. 30 noyabr 2017-ci ildə Yaponiyadakı Kadena aviabazasından uçan təyyarənin füzelyajı qopub düşdü. ABŞ mətbuatı hadisəni gizlətməyə çalışsa da, Yapon mətbuatının hay-küyü nəticəsində ABŞ ordu komandanlığı reaksiya verməli oldu və vəziyyəti malalamağa çalışdı. Mətbuat onu da xəbər verdi ki, bu, son bir neçə ay ərzində F-35 təyyarələri ilə bağlı 4-cü nasazlıq halıdır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий