İsrailin “Merkava” prujin üstə otuzdurulub ki, kələ-kötür yerləri rahat keçə bilsin, lakin bu həm maşının sürətini azaldır, həm də gedə-gedə atəş açarkən yelləndiyindən hədəfi düzgün vura bilmir. Problem yaratdığına görə dünyanın heç bir tankında prujin sistemindən istifadə olunmur. Rusiyanın T-90 tankı həm kələ-kötür yerləri eyni sürətlə adlayır, həm də gedə-gedə atəş açarkən hədəfi eyni dəqiqliklə vurur. Əsgərə T-90 tankını sürməyi “Merkava”nı sürməkdən daha tez öyrətmək olur. “Merkava”dan fərqli olaraq T-90 tankına avtomatik idarəetmə sistemi qoyulub ki, uzun yol sürərkən mexanik-sürücünü yorub əldən salmır. T-90 tankı “Merkava”dan gec xarab olur və onun nasazlıqlarını da “Merkava”dan daha tez aradan qaldırmaq olur. T-90 tankı 500 km yola 1200 litr yanacaq işlətdiyi halda, “Merkava” tankı 1400 litr işlədir. O qədər də fərqli rəqəmlər olmasa da, bu döyüş şəraitində çox böyük əhəmiyyət kəsb edir. “Mervava” yalnız nöyüt ilə işləyir, amma T-90-nın mühərriki elə düzəldilib ki, hər növ yanacaqla işləyir. Bütün sadaladığımız fərqlərə baxmayaraq, “Merkava”nın qiyməti T-90-dan bahadır- anlaşıldığı kimi, bu həm də ona görə belədir ki, “Merkava”nın istehsalı T-90-dan baha başa gəlir.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий