22.12.2017

Aktyor kinostudiyanın direktoruna: Gic talış sənin kimi ağdamlıdan qeyrətlidir

Yuğ teatrının keçmiş aktyoru və Xəzər TV-də yayımlanan “İmtahan” serialının baş qəhrəmanı Hikmət Rəhimov Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov arasında qalmaqal yaşanıb. 
baku.ws-ın məlumatına görə, aktyor kinostudiyanın direktoruna təhqiramiz sözlər işlədib. Aktyor facebook profilində yazıb: “Bunu deməliyəm, çünki səhərə qədər əsəbimdən yatmamışam. Deməli, kinostudiyanın direktoru Müşfiq Hətəmov deyir ki, Hikmətin aldığı mukafatı mən həll etmişəm. Mən də ona deyirəm ki, tüpürüm o mukafata ki, mənə onu sən vermisən və orda-burda başa vurursan. Mənə orda burda gic talış deyirsən, bilki Rusiyada göyərti satan talış sənin kimi ağdamlıdan qat-qat qeyrətlidir. Rahat ol, dilimə də gətirən deyiləm. Adamını tanı, ağıllı ol, məni ətrafındakılarla səhv salma!”
Qeyd edək ki, bu yaxınlarda aktyor Hikmət Rəhimov “Üçüncü günün adamı” filminə görə 5-ci Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı kişi aktyoru” nominasiyasının qalibi olub. Müşfiq Hətəmov isə aktyoru tənqid etmişdi.

Комментариев нет:

Отправить комментарий