19.12.2017

Azərbaycanda Atatürk Mərkəzinin sədri, millət vəkili Nizami Cəfərov:
-Böyük liderin, Türkiyə Cümhuriyyətinin qurucusunun həyatından, fəaliyyətindən bəhs edən kitablar, məqalələr yayımladıq, Azərbaycan Atatürkşünaslığının tarixini araşdırdıq. Və araşdırdıqlarımızı, öyrəndiklərimizi cəmiyyətə çatdırdıq. Azərbaycanda Atatürkü mədəni və fəlsəfi elm istiqaməti kimi araşdırırıq. Məktəblərimizdə Atatürk bu şəkildə, elmi istiqamət olaraq öyrənilir... Mənə görə, Atatürkün gördüyü işlərin, qəhrəmanlıqlarının, çox mükəmməl tarixi, eyni dərəcədə də mükəmməl fəlsəfəsi var. Təbii ki, bunu öyrənməyimizdə fayda var. Türkiyə Cümhuriyyəti necə quruldu və türk insanı bugünkü vətəndaşlığını, dövlət idarəçiliyini, intellektual səviyyəsini necə əldə etdi? Bunlar böyük bir elmdir. O, yalnız tarix deyil. Atatürk Türkiyənin və dünyanın gələcəyidir. Əsaslana, istinad edə biləcəyimiz ən möhkəm ideya təməllərindəndir...

Комментариев нет:

Отправить комментарий