24.12.2017

Müxalifət şiələrdən niyə istifadə edir?

Ziya Balıyev

Nisa 88: "Sizə nə olub ki, münafiqlər haqqında iki dəstə olmusunuz? (bəziləriniz onlara tərəfdir, bəziləriniz müxalif). Halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt üst etmişdir".
Əli Kərimli və komandası artıq bir neçə ildir ki, öz mitinqlərində şiə məhbusları əldə əsas tutaraq, özlərini guya onların müdafiəçisi kimi göstərirlər.
Halbuki uzun illər öncə bu insanlar İrana və İran agenturası saydıqları şiələrə düşmən idilər.
Lakin şiələrin nüfuzunu gördükdən sonra özlərini Şiə dostu kimi göstərdilər.
Mitinqlərdə hacıların, kərbəlayilərin, məşədilərin şəkillərini tutaraq dəstək olduqları görüntüsünü yaradırlar.
Məgər illər öncə Elçibəyin yanında olan Əli Kərimli deyildimi?
"Torpaqları İranın köməyiylə almaqdansa, erməniyə verərəm" deyən bunların talpası deyildimi?
Ərbakan "Dəmirəl Ermənistana yardım edir" deyəndə, "Belə olmalıdır da, ancaq Türkiyə bizim qardaşımızdır" deyən bunlar deyildimi?
Heç kimin kömək etmədiyi zamanda, İranın köməyini rədd edib minlərlə insanın ölümünə səbəb olan bunlar deyildimi?
Bu insanlar hər zaman şiə düşməni olublar.
Elçibəy kimdir? Bütün nəsli seyyid (guya!) olan ərəbəsilli türk milliyətçisi.
Elçibəyin din haqqındakı yazılarına baxın, bir dəfə belə Əhli Beytin adını dilinə gətirmir, danışdığı ancaq türk əsilli olduğu güman edilən sufilərdir.
Və indi siz durub bu insanların yanında mübarizə edirsiniz.
Sizə nə olub?!
Mumtəhənə 1: "Ey iman gətirənlər, mənim düşmənimi və öz düşməninizi dost tutmayın. Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, haqqın tərəfindən sizə gələnə kafir olmuşdurlar".
Elə bilirsiniz bu insanlar sabah hakimiyyətə gəlsə, şiələri xoş günlər gözləyir? 
Yox! Daha bətər aqibətimiz olacaq bunlarla.
Sizin mübarizəniz sizə, onların mübarizəsi onlara olsun.
Bəqərə 8-11: "İnsanların bəziləri imanları olmaya-olmaya "Biz Allaha və axirət gününə iman gətirdik" deyərlər. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki özlərindən başqa heç kimi aldatmırlar. Onların qəlbində xəstəlik vardır. Onlara "Yer üzündə fəsad törətməyin" deyildikdə "Biz yalnız islah edənlərik" deyərlər".

Комментариев нет:

Отправить комментарий