13.12.2017

5-ci nəsil F-22 təyyarəsinin istehsalına ABŞ büdcəsindən 80 milyard dollar xərclənmişdir. Onun üstünə xüsusi antiradar örtük vurulduğundan radarların tutmadığı təyyarə hesab edilirdi. F-22 dünyanın ən müasir və döyüşkən hərbi təyyarəsi kimi geniş reklam olunurdu. Qiyməti 350 milyon dollar olan bu tərifli təyyarədən ABŞ 170 ədəd istehsal etdi. Təyyarə 2004-cü ildə Nellis avibazasından, 2009-cu ildə Edvards aviabazasından uçarkən nazaslıq üzündən yerə düşüb partladı. Çjuxay şəhərində keçirilən aviasərgidə məlum oldu ki, F-22 nəinki Rus, hətta Çin döyüş təyyarələri qarşısında tab gətirə bilməz. 2007-ci ilin yayında F-22 təyyarəsi Çinin müdafiə potensialını yoxlamaq üçün ölkənin hava məkanına soxuldu. Radarlar təyyarəni müəyyənləşdirdi və Çin ordu komandanlığı ölkənin J-10 döyüş təyyarəsini havaya qaldırdı. Hava döyüşü zamanı Çin təyyarəsi ABŞ-ın tərifi göylərə qaldırılmış bu təyyarəsini asanlıqla vurub saldı. Təyyarə dənizə düşdü, katapultda xilas olan pilot tutuldu və bir müddət sonra ABŞ-a təhvil verildi. Bundan sonra Pentaqon F-22 təyyarəsinin istehsalını ixtisara saldı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий