12.12.2017

“Azadlıq burulğanı” əməliyyatı

Hollivud kinolarında ABŞ əsgərləri həmişə qələbə çalırlar. Real həyatda isə işlər bir az qəlizdir. Ben Ladenin öldürülməsindən həvəsə düşən ABŞ hökuməti 2012-ci ildə bu yolla Suriya lideri Bəşər Əsədi də aradan götürmək qərarına gəldi. Prezident Barak Obama eyni qayda ilə Əsədi öldürmək əmri verdi. MKİ Əsədin likvidasiyası üçün “Azadlıq burulğanı” adlı əməliyyat hazırladı. Əməliyyatın həyata keçirilməsi ABŞ-ın ən güclü və reputasiyalı speçnazı sayılan “Yaşıl beretlilər”ə tapşırıldı. Amma əməliyyatın gedişatı göstərdi ki, “Yaşıl beretlilər” ABŞ-da güclü reputasiyalıdırlar, xaricdə onları döyüşçü hesab edən yoxdur. 2012-ci il 24 iyuldan 25 iyula keçən gecə Bəşər Əsədin radiodanışıqları əsasında onun Dəməşq kənarındakı həyət evlərindən birində olduğu müəyyənləşdirildi. Bundan sonra Türkiyə ərazisindəki NATO bazasından içində speçnaz olan 5 vertolyot havaya qaldırıldı. Lakin əməliyyat yerinə cəmi 3 vertolyot gedib çıxa bildi, 2-si yolda vuruldu. “Vaşinqton Post” qəzetinin verdiyi məlumata görə həmin 2 vertolyot yerdən Rusiya istehsalı olan “Peçora-2M” zenit-raket kompleksinin atəşi ilə məhv edilmişdir. Lakin digər 3 vertolyotun içindəki speçnaz da heç nə edə bilmədi. Dəməşq kənarında qısa atışmadan sonra “Yaşıl beretlilər”in 23 əsgəri öldürüldü. Sağ qalan 27 əsgər vəziyyətin qəlizləşdiyini görüb gəldikləri 3 vertolyotu partlatdılar və Suriya əsgərlərinə təslim oldular. Beləcə, MKİ-nin hazırladığı əməliyyat uğursuzluqla nəticələndi və ABŞ speçnazı bir daha bütün dünyada biabır oldu. 27 ABŞ əsgərinin Bəşər Əsədin əlinə keçməsi NATO-nu Suriyaya müdaxilə etmək planından daşındırdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий