13.12.2017

ABŞ-ın F-35 döyüş təyyarəsi Yer üzünün və bəşər tarixinin ən bahalı təyyarəsidir: onun təkcə mühərrikinin puluna Çinin JF-17 döyüş təyyarəsi almaq olar! Hərbi analitik Konstantin Makienkonun fikrincə, təyyarənin qiyməti hətta ABŞ-ın atom bombasının yaradılması üzrə Manxetten proyektini də ötüb keçir. Təyyarənin istehsalına və ekspluatasiyasına çəkilmiş xərclər ABŞ-ın məşhur Aya uçma proqramını da üstələyir. Məsələ burasındadır ki, F-35-i öz sələfi F-22-dən daha ucuz və manevrli təyyarə kimi yaratmaq nəzərdə tutulmuşdu; Pentaqonu başına götürmüş kolossal korrupsiya və yeyinti amili imkan vermədi. Stels texnologiyası əsasında hazırlanmış təyyarədən 2 min ədəd buraxmaq planlaşdırılmışdı. Aviasiya mühəndisi və analitik Pyer Sprey proqnoz verdi ki, təyyarədən heç 500 ədəd də istehsal etmək mümkün olmayacaq və proqram bağlanacaq. Təyyarə hazırlanıb orduya satılandan sonra aydınlaşdı ki, o bəyan edilən xarakteristikaya qətiyyən cavab vermir. Gündən-günə ortalığa çıxan texniki deffektlər və uğursuz konstruktor yanaşmaları pilot və mexanikləri bezdirdi. Gah sürətli uçuş zamanı təyyarənin qapağı qopub düşür, gah güclü küləkdən elektronikası sıradan çıxır, gah da gəmi göyərtəsinə düzgün qona bilmirdi. Əvvəl-axır bu təyyarə nə əməlli-başlı uça, nə də atəş aça bildi; ondan heç bir müharibədə istifadə olunmadı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий