13.12.2017

1993-cü ildə qəbul olunmuş qanuna əsasən ABŞ ordusunda homoseksualistlər və lezbiyankalar da qulluq edə bilərdilər, bir şərtlə ki öz seksual orientasiyalarını gizlətsinlər və açıq-aşkar sərgiləməsinlər. Lakin 2011-ci ildə demokratik hüquqlar o qədər güc gəldi ki, yeni qanun qəbul olundu; bu qanuna əsasən ABŞ ordusunda xidmət edən homoseksualist və lezbiyankalar öz orientasiyalarını hər yerdə, özü də fəxrlə bəyan edə və biruzə verə bilərlər. İş o həddə gəlib çatıb ki, vaxtilə orduda seksual eybəcərliklərə qarşı mübarizə aparan hərbi koordinatorların özləri seksual orientasiyası ləngər vuranlardır. Belə bir vəziyyətdə hansı keyfiyyətli ordudan söhbət gedə bilər? Məhz bunun nəticəsidir ki, amerikan ordusunda orta əsrlər dövrünə xas seksual cinayətlər adi hal alıb. ABŞ Müdafiə Nazirliyi Seksual Zorakılıq və Nəticələrinin Aradan Qaldırılması Komissiyasının 1500 səhifəlik məruzəsindən aydın olur ki, orduda zorakılıq kütləvidir. Pentaqon təkcə bir il ərzində 3374 dəfə əsgərlərin bir-birini zorlaması halını qeydə alıb sənədləşdirmişdir, lakin mütəxəssislər bildirirlər ki, bu hallar həddən artıq çoxdur. Sorğu göstərmişdir ki, ABŞ ordusunda hər 10 zorakılıq halından yalnız 1-i sənədləşdirilir, yəni hər 10 incidiləndən 9-u şikayət raportu yazmadığından əksər insidentlər gizli qalır. Hesablamara görə, 1 il ərzində ABŞ ordusunda 26 min zorlanma halı olur. Bu cəhətdən Stringer Beynəlxalq Təhqiqatlar Bürosunun məlumatı maraq doğurur. Büro bildirilir ki, Yaponiyanın Okinava adasındakı amerikan hərbi bazalarında 1972-ci ildən 2010-cu ilə kimi hər gün 23 zorlanma halı baş vermişdir ki, onlardan da 13-ünə cinayət işi açılmışdır! (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий