16.12.2017

İsrailin “Merkava” tankı həddən artıq ağırdır; onun çəkisi Rus tankından 22 ton çox- 70 tondur! Belə tank həm mərmi atəşinə tez tuş gəlir, həm də hər körpüdən keçə bilmir. “Merkava” çayı adlamağı bacarmır, lilə ilişib qalır- onda Rus tanklarındakı kimi suyun altında sürmək üçün cihaz yoxdur. Rusların hətta köhnə T-72 tankları fiziki-coğrafi və iqlim şəraitindən asılı olmayaq dünyanın bir çox lokal müharibələrində və silahlı konfliktlərində effektiv şəkildə özünü göstərmişdir. T-72 reytinq şirkətlərinin tərtib etdiyi cədvəllərdə “Merkava” kimi layiqli yer tutmasa da, dünya ordularında ən çox ehtiyac duyulan və sifariş verilən tank kimi gündəmdədir. Hindistanın Tar səhrasında keçirilən yarışma sınaqları zamanı məhz Rusiyanın T-90 tankı dünyanın ən etibarlı və dözümlü tankı kimi 1-ci yerə çıxdı. Daha bir neçə vacib məsələni qeyd etmək yerinə düşərdi. “Merkava” tankının əsas aqreqatlarının əksər hissəsi xarici ölkələrdə düzəldilir və İsrailə import olunur. Bu isə o deməkdir ki, sifarişçi ölkələr tankın özünü İsraildən aldıqları halda ehtiyat hissələri üçün digər ölkələrə üz tutmalıdırlar. Belə olduqda tankın istifadəsi həddən artıq baha başa gəlir. Ad İsrailin olsa da, “Merkava” tankının transmissiyası Almaniyada, mühərriki isə Almaniya lisenziyası ilə ABŞ-da düzəldilib göndərilir, yəni bütün idarəetmə sistemi xaricdən gəlir, İsraildə isə təkcə tankın üst qapağı yığılır. Bu qapağın necə yığılması da hər müharibədən müharibəyə müxtəlif müzakirələrə səbəb olur. T-90 tankı büsbütün Rusiyada düzəldilir və ölkə satdığı tankların ehtiyat hissələrinin hamısını özü verir.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий