13.12.2017

ABŞ hərbi hava qüvvələrinin keçmiş kəşfiyyat rəisi general-leytenant Deyv Deptul Rus təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinə görə amerikan təyyarələrini üstələdiyini məyusluq hissi ilə dilə gətirmişdir. Deptul onu da bildirmişdir ki, Rus təyyarələrinin hətta xarici görünüşü belə amerikan təyyarələrinin görünüşündən gözəldir. Təsadüfi deyildir ki, ABŞ-ın ən yaxşı döyüş təyyarəsi sayılan F-35-i amerikan hərbçiləri öz aralarında “hamilə pinqvin” adlandırırlar. Tez-tez qəzaya uğradığına görə F-35-in istehsalını dayandırmaq tələbləri ABŞ cəmiyyətində dəfələrlə səslənmişdir. Artıq bir çox Avropa ölkələri bu başıbəlalı təyyarəni almaqdan imtina etmişlər. Jurnalistlərin dediyi kimi, F-35 düşmənə bircə atəş də açmadan məğlubiyyətə uğramışdır. Hərbi jurnalist Deyv Macumdarın fikrincə, təyyarənin hazırlanmasına sərf olunmuş pullar hədər getmişdir. Pentaqon nə qədər əlləşirsə, F-35-i nəinki döyüş uçuşlarına, hətta təlim uçuşlarına da uyğunlaşdıra bilmir. ABŞ Müdafiə Nazirliyi istismar sınaqları və qiymətləndirmə şöbəsinin rəyinə görə, F-35 normal istismara yaramır və təyyarədəki çoxsaylı qüsurlar aradan qaldırılmadan pilotlara onda uçmağı öyrətmək hədərdir. Şöbənin Konqresə təqdim etdiyi məruzədə ilk növbədə təyyarənin 15 dərəcədən aşağı hava temperaturunda uça bilməməsi, kabinədə normal görüntünün olmaması və digər qüsurlar göstərilir. Məruzədə qeyd olunur ki, “pilotun vacib tapşırıqları təhlükəsiz yerinə yetirəcəyinə arxayınlığı yoxdur”.
(İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий