11.12.2017


İkinci İraq Kampaniyası zamanı İraqa girən amerikanlara şiə silahlıları ağır zərbələr endirdilər. Nəcəf şəhərinə doğru hərəkət edən amerikan tanklarına şiə müqavimətçilər Sovetin “Şturm” silahının 1976-cı ildə istehsal olunmuş raketləri ilə od qoydular. “Şturm”dan buraxılan 9 rakedən təkcə 1-i hədəfə dəymədi, qalan 8 raket isə amerikanların 6 “Abrams” tankını və 1 BTR maşınını yerli-yeksan etdi. ABŞ hücumçu təyyarəsinin zərbəsi nəticəsində atəş nöqtəsi məhv edilsə də, köhnə Sovet silahı öz işini vaxtında gördü və ABŞ qoşununun irəlidəki əsas zirehli texnika qrupu sıradan çıxarıldı. Bundan sonra iraqlılar 5 ədəd T-72 və 3 ədəd T-62 tankı ilə amerikanların zirehli kolonnasına rahatlıqla hücuma keçə bildilər. Həmin döyüşdə amerikanların 14 tankı və 5 BMP-si məhv edildi, iraqlılar isə 1 T-72 və 1 T-62 tankı itirdilər. Düzdür, iraqlıların salamat qalmış 6 tankından 3-ünü sonradan amerikan aviasiyası məhv etdi, amma işğalçıların Nəcəf şəhərini tutmaq planı alt-üst oldu. Digər bir hadisədə müqavimətçilər “Şturm” silahından 8 raket atmaqla amerikanların 6 “Abrams” tankını məhv etdilər. Atəş nöqtəsini tərk edərkən iraqlılar “Şturm”u partladıb yararsız hala salmışdılar ki, trofey kimi düşmənin əlinə keçməsin. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий