13.12.2017

5-ci nəsil F-22 təyyarəsinin istehsalına ABŞ büdcəsindən 80 milyard dollar xərclənmişdir. Lakin təyyarə deffekt olduğuna görə tez-tez qəzaya uğrayır. 2015-ci ilin martında “Vikileaks” saytı F-22-lərin vəziyyəti ilə bağlı şok faktlar açıqladı. “Vikileaks” göstərdi ki, F-22 təyyarələrinin 40 faizinin mühərriki nasazdır və pilotlar narkotik dərmanlara bənzər ağır dərmanlar atmamış bu təyyarələrin sükanı arxasına əyləşmirlər. “Bütün unikal keyfiyyətlərinə baxmayaraq, F-22 müasir döyüş şəraitinə yaramır”- ABŞ Senatının silahlanma üzrə komissiyasının gəldiyi nəticə belə oldu. Hərbi ekspert Cey Harold Simmonsun Senata ünvanladığı məktubda deyilirdi: “Xahiş edirəm aydınlaşdırasınız, necə olur ki, 80 milyard dollar pul xərclənmiş təyyarə onun üzərinə qoyulmuş tapşırıqları yerinə yetirə bilmir?”. F-22-nin istismarı da həddən artıq çətindir; təyyarənin 1 saat uça bilməsi üçün ona düz 11 saat qulluq etmək lazımdır! İndi F-22 təyyarələri Nevada ştatındakı çöllükdə yerləşən ABŞ-ın hərbi bazasında çürüməkdədir; təyyarənin düzəldilməsində istifadə olunan kompozit material su buraxır və rütubət təyyarənin içindəki kompüterləri sıradan çıxarmışdır. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий