Müharibə göstərdi ki, İsrail tankı minaya düşəndə ondan heç nə qalmır və ekipajın tikəsi də tapılmır. İkinci Livan Müharibəsinin ilk günü- 12 iyun 2006-cı ildə İsrailin bir tankı 500 metr Livan sərhədindən içəri girdi ki, Ayta a-Şaab kəndinə gedən yolu nəzarətdə saxlasın. Tank qərar tutmaq istədiyi təpənin üstünə çatar-çatmaz minaya düşdü. Partlayış nəticəsində tankın qülləsi özündən 130 metr aralı vıyıldadı, bir çox qırıntıları isə 800 metr uçaraq İsrail ərazisinə səpələndi. Hadisə yerinə gələn İsrailin 7-ci briqadasının tankçılarında isterika yarandı. Bununla da “Merkava” tankının möhkəmliyi haqqında əfsanə bir daha puç oldu. 12 avqust 2006-ci ildə İsrail ordusunun 24 tanka malik ən nümunəvi briqadası aviasiyanın tam dəstəyi ilə Hizbullah üzərinə hücuma keçdi. Heç bir tank, vertolyot və təyyarəsi olmayan azsaylı Hizbullah döyüşçüləri 11 İsrail tankını vuraraq briqadanı qaçmağa məcbur etdilər. Həmin gün İsraildə “Qara şənbə” elan olundu. Mütəxəssisləri təəccübləndirən odur ki, vurulmuş “Merkava” tanklarının 1973-cü il müharibəsində 60 faizində, 1982-ci il müharibəsində 47 faizində, 2006-cı il müharibəsində isə 44 faizində zərbədən ikitərəfli deşik açılmışdı. (İbrahim Sel, “Amerikan ordusu haqqında mif”)
Комментариев нет:
Отправить комментарий