11.12.2017

Cəmi 238 təyyarəsi olan Yuqoslaviyanın üzərinə NATO ölkələri 1100 təyyarə ilə hücum çəkmişdilər. Bu müharibə göstərdi ki, NATO təyyarələri Sovetin Miq-29 təyyarələrinə güc gəlmək qabiliyyətində deyillər. Hava döyüşlərinin birində Yuqoslaviyanın Miq-29 təyyarəsi ABŞ-ın 3 ədəd tərifli F-117 təyyarəsini məhv etmişdi. Hətta Sovetin köhnə Miq-21 təyyarələri döyüş qabiliyyətinə görə ən yeni NATO təyyarələrindən qat-qat üstün idi. Döyüşlərin birində Miq-21 təkbaşına bir neçə holland və amerikan təyyarəsini vurub salmışdı. Belə biabırçı məğlubiyyətlər barədə Qərb mətbuatı ciddi-cəhdlə susur, yalnız NATO “nailiyyətlərini” işıqlandırırdı. 18 aprel 1999-cu ildə bir qrup Yuqoslaviya təyyarəsi NATO-nun Bosniyadakı “Tuzla” aviabazasına basqın etdi, nəticədə 17 təyyarə, 3 vertolyot və 50 əsgər məhv oldu. Üzə çıxdı ki, aviabazanın normal havadan müdafiə sistemi yoxdur. 26 aprel 1999-cu ildə Yuqoslaviyanın 4 təyyarəsi NATO-nun Albaniyadakı “Rinas” avibazasına hücum etdi, ABŞ-ın 9 “Apaç” vertolyotu və 40 əsgəri məhv edildi. Aviabazadakı amerikan havadan müdafiə sistemi nə qədər atəş yağdırsa da, təyyarələrdən heç birini vura bilmədi. Həmin hadisə elə qorxu yaratdı ki, NATO aviasiyası uçuşlarını kəskin surətdə azaltdı. Yuqoslaviya havadan müdafiə qüvvələrinin vurduğu 5-dən çox transport vertolyotunun bortunda 100-ə yaxın amerikan xüsusi təyinatlısı olmuşdu. Yuqoslaviya Müdafiə Nazirliyinin məlumatına görə, ölkəyə təcavüz zamanı NATO 128 təyyarə, 14 vertolyot, 60 dron itirmişdir, o cümlədən müttəfiqlərin atdığı 454 qanadlı raket hədəfə dəymədən hədər yerə məhv olmuşdur. (İ.Sel, “Amerikan ordusu haqqında mif”)

Комментариев нет:

Отправить комментарий