Qətərdə çıxan "Əşşərq" qəzeti Səudiyyə Əribistanının Xarici İşlər Nazirliyinin sionist rejim ilə gizli əməkdaşlıqları barədə faktları yayıb. Faktlar göstərir ki, 1966-cı ildə Ərrəyad Təl-Əvivdən Misirin Sina bölgəsini işğal etməsini istəyib.
"Əşşərq" qəzeti Səudiyyə Ərəbistanı XİN-in gizli teleqramlarını yayaraq bu dövlətin ərəb xalqları, xüsusilə də Fələstin xalqına qarşı məkirli planlarının yeni cəhətlərini ifşa edib. Məlumatda bildirilir ki, Ər-Riyad 27 dekabr 1966-cı ildə sionist rejimdən açıq aşkar istəyib ki, Misirin sina ərazilərini işğal etsin. Ər-Rİyad sionist rejimin dayaqlarının güclənməsi üçün cəhdlər həyata keçirərək Suriyaya hücum və bu ölkənin bir hissəsinin ayrılmasını da təklif edib. Səudiyyə Ərəbistanı sionist rejimini Qəzzə zolağı və İordan çayının qərb sahilini də işğal etməyə çağırıb ki, fələstinlilərin hər hansı hərəkətinə, yaxud hər hansı ərəb ölkəsinin Fələstinin azad edilməsi uğrunda səylərinə maneçilik törədilsin. Ər-Riyad həm də fələstinli didərginlərin qayıtmaq haqının silinməsinə çalışıb.
Bu sənədlərə görə, sionist rejim əlaqələrin adiləşdirilməsi dövrünü planlaşdırıb, MOSSAD Səudiyyə Ərəbistanının kəşfiyyat aparatına gizli informasiya dəstəyi təqdim edib və bu dəstək 2012-ci ildən bəri artıb.
Xatırladaq ki, bir müddət əvvəl sionist rejim baş naziri Benyamin Netanyahu İsrail rejiminin bəzi ərəb ölkələri ilə əlaqələrinin misilsiz səviyyəyə yüksəldiyini etiraf etmişdi.
azeri.sahartv.ir
Комментариев нет:
Отправить комментарий