04.02.2019


Almaniyanın gücdən düşmüş markasını yenisi ilə əvəz etdilər və alman iqtisadiyyatı ABŞ-dan indiyədək görünməmiş maliyyə dəstəyi aldı. Tədqiqatçı Qvido Preparatanın yazdığı kimi, “Almaniyanın maliyyə damarlarına amerikan qanı sel kimi axdı”. Amerikan kapitalı təcili surətdə alman iqtisadiyyatına inteqrasiya olundu. İlk növbədə ölkənin çökmüş hərbi-sənaye kompleksi bərpa edildi. Araşdırmalar göstərir ki, 1930-cu illərdə Almaniyaya daxil olmuş maliyyə vəsaitinin 70 faizi Amerikanın yəhudi bankirləri Morqanlar tərəfindən yönəldilmişdir. Məhz ABŞ və İngiltərə bankirlərinin əzmi səyasində Almaniya iqtisadiyyatı tez bir zamanda dünyada ikinci yerə çıxdı. 1930-cu illərin axırlarında Almaniya artıq İngiltərənin əsas ticarət ortağına çevrildi.
 1941-ci ilin mayında Hitlerin partiya üzrə müavini Rudolf Qess İngiltərəyə uçdu və orda həbs olundu. Bu səfərin təfərrüatları gizli saxlanılır. Üçüncü Reyx axırıncı günlərini yaşayarkən Faşist Partiyasının maliyyə sənədlərinin 90 faizi məhv edilmişdir. Amma bu sənədlərsiz də Hitlerin qərbli ağalar tərəfindən yemləndiyini müəyyən etmək çətin deyil. Qərbli ağalar onu Sovet Rusiyasının üstünə cumdurmaq üçün yemləyirdilər.

İbrahim Sel, “Xolokost yalanı”

Комментариев нет:

Отправить комментарий