Fələstindəki ordudan başqa yəhudilərin Avropada da “Xaqana”, “Qordoniya”, “Qaşomer Qazoir”, “Qexoluz”, “Aniba”, “Beytar”, “Brit-Axayal”, “Qaliya” kimi çoxlu sayda hərbi və gizli təşkilatları var idi ki, onların da almanlara qarşı müqavimət göstərməsi barədə heç kəs eşitməmişdir. Amerikan tarixçisi Valter Laker “Sionizmin tarixi” kitabında bildirir ki, 1939-cu ildə tanınmış sionist Avraam Ştern Polşa ordusunun tərkibində yəhudi döyüş dəstələri yaradaraq təlim keçdirmişdi. Məntiqlə götürəndə bu dəstələr müharibənin ilk aylarından almanlarla döyüşə atılmalıydılar. Bəs onlar faşizmə qarşı niyə vuruşmadılar? Nyu-Yorkdakı və Fələstindəki sionist mərkəzlərindən niyə döyüş əmri gəlmədi? Bu məsələlər hələ də tarixçilər üçün qaranlıq qalır.
Комментариев нет:
Отправить комментарий