Hitlerin pərdəarxasındakı ağaları ingilis-amerikan bankirləri idi. Hitlerin hakimiyyətə gəlişinə ABŞ-ın maliyyə naziri Endryu Mellon, o cümlədən Cozef Kennedi, Alfred Dyupon kimi amerikan bankir və sənayeçiləri xeyir-dua vermişdilər. Konsporoloqlar İkinci Dünya Müharibəsinin başlanmasının səbəblərindən biri kimi ABŞ-ın düşdüyü ağır krizisdən- 1924-cü ildə başlanan Böyük Depressiyadan çıxarılmasını da göstərirlər. Sadəcə nasizm- instrument idi. Həmin dövrdə ABŞ iqtisadiyyatının dirçəldilməsi üçün prezident Ruzveltin “Yeni kurs” proqramı heç bir effekt verməmişdi. Ruzveltin məsləhətçisi Reksford Taquell deyirdi: “1939-cu ildə hökumət heç bir naliyyət əldə edə bilməmişdir. Bu dumanı ancaq müharibənin qüdrətli küləyi dağıda bilər”. İkinci Dünya Müharibəsinin başlanmasının əsas səbəbi də elə budur. Təsadüfi deyildir ki, Stalin jurnalistlərlə söhbətində belə demişdi: “...Beləliklə, amerikanlar və ingilislər bizə genişmasştablı gizli müharibə elan ediblər. Yeri gəlmişkən, Oktyabr inqilabından üzü bəri onlar həmin müharibəni heç dayandırmayıblar da...”
Комментариев нет:
Отправить комментарий