12.02.2019

Müharibədən sonra Almaniya Federativ Respublikası bildirdi ki, yalnız nasist həbsxanalarında yatmış və gettolarına düşmüş yəhudilərə kompensasiya ödəyəcək. Odur ki, bir çox yəhudilər özlərinin müvafiq keçmişlərini təsdiq edən saxta sənəd düzəltdirməyə girişdilər. Nəticədə saysız-hesabsız yəhudi Almaniyadan pul qoparmağa müvəffəq oldu. Bu məsələlərə aydınlıq gətirən fəlsəfə doktoru Norman Finkelşteyn özünün “Xolokost industriyası” kitabında ironiya hissi ilə yazır ki, əgər Hitler bütün yəhudiləri qırmışdısa, bu qədər kompensasiya istəyən yəhudi hardan çıxdı? Yəhudilərin almandilli “Aufbau” qəzeti 30 iyun 1965-ci ildə məlumat verirdi ki, Xolokost yaşamış və Almaniyadan kompensasiya tələb edən yəhudilərin sayı 1955-ci ildən 1965-ci ilə kimi 3 dəfə artaraq 3 milyon 375 minə çatmışdır (sosialist ölkələrində yaşayan yəhudilər bura daxil deyildir). “Kleyms Konferens” təşkilatı 2012-ci ildə bildirirdi ki, dünyanın 47 ölkəsində Xolokostu yaşadığını iddia edən və buna görə kompensasiya alan yəhudilər vardır. İsrail hökumətinin 2004-cü il məruzəsinə görə, hətta İkinci Dünya Müharibəsinin bitməsindən 59 il sonra bütün dünyada Xolokostu keçmiş nə az nə çox 1 milyon 92 min yəhudi yaşayırdı ki, bunların da yarısı İsrail sakinləri idi. Yaş kriteriyaları ilə hesabladıqda belə çıxır ki, 1945-ci ildə almanlar 11 milyon yəhudiyə təcavüz edib həbsxanalara salıbmışlar! Hətta 1970-ci illərdə ABŞ-ın kurort şəhəri Mayamidə yağ-bal içində yaşayan 5 min yəhudi iddia edirdi ki, alman həbsxanasında yatıblar! Elə bu rəqəmlər özü də Xolokost yalanının şişirdilmiş olmasına dəlalət edir. 2010-cu ildə ABŞ Federal Təhqiqat Bürosu Xolokost qurbanlarına yardım verən fondlardan birində yoxlama apardı və üzə çıxdı ki, 1112 yəhudinin saxta iddiası əsasında onlara 45 milyon dollar həcmində pul ödənilib. Sonrakı yoxlamalar isə bu rəqəmin 3 dəfə çox olduğunu göstərdi. 1960-1970-ci illərdə 4 milyona yaxın yəhudi bu cür saxta üsullarla Almaniyadan kompensasiya qopara bilmişdi.

Комментариев нет:

Отправить комментарий