04.02.2019

Müxtəlif hesablamalara görə SSRİ-yə qarşı “Xaç Yürüşündə” 1 milyon yarımdan 2 milyon yarıma kimi avropalı iştirak etmişdi. 1812-ci ildə olduğu kimi, bütün Avropa silahlanıb Rusiyanın üstünə cummuşdu. Alman dağ-atıcı diviziyaları heyətinin demək olar ki yarısı alman deyil, avropalılar idi. Ordudakı 12 dağ-atıcı diviziyasından 2-si avstriyalılardan, 1-i Yuqovlaviya almanlarından, 1-i Bosniya müsəlmanlarından, 1-i albanlardan, 1-i isə avstriyalı və norveçlilərdən təşkil olunmuşdu. Avstriyalı dağ atıcıları Zapolyarye və Qafqaz dağlarında Sovet ordusuna az başağrılar yaratmamışdılar. 10 mart 1942-ci ildə Leninqrad cəbhəsinə Norveç legionu göndərilmişdi ki, bu legion şəhəri 1943-cü ilin yazına kimi blokadada saxlamaqda aktiv rol oynamışdı. Lakin böyük itkilərə rəğmən norveçlilər kontraktın müddətini uzatmaqdan imtina etmişdilər və Himmlerin əmri ilə onları Latış legionu ilə əvəzləmişdilər. Ümumiyyətlə Leninqradın blokadasını ümumavropa layihəsi də adlandırmaq olar; Leninqrad cəbhəsində Niderland legionu, Belçika batalyonu, “Mavi diviziya”dan olan ispan könüllüləri, fin və isveç qoşunları, italyan dənizçiləri döyüşmüşdülər. Bu döyüşlərdə həlak olmuş 900 skandinaviyalı Leninqrad qəbiristanlığında basdırılmışdır. Alman komandanlığı Stalinqrad döyüşlərində darmadağın edilmiş italyanlardan ibarət 8-ci ordunun qalıqlarına geri qayıtmaq üçün qatar verə bilməmişdi. Komandanlıq italyan generalı Qaribaldinin tələbinə bildirilmişdi ki, Kiyevə kimi 600 kilometr məsafəni piyada getməlisiniz. İtalyanların kəskin etirazlarına baxmayaraq Avropa dəmir yollarının Sovet dəmir yollarından dar olması səbəbindən uyğun transport tapılmamışdı. Yalnız Mussolini işə qarışdıqdan sonra Hitler bir neçə qatar göndərmişdi. Sovet ordusu norveçli və daniyalılardan ibarət “Norland” diviziyasının qalıqlarını Berlinin fəthi zamanı məhv etmişdi. 1940-cı ilin iyulundan 1945-ci ilin mayına kimi alman tərəfdə Sovet ordusu ilə döyüşlərdə ən aşağısı 83 min fransız həlak olmuşdu. Hətta almanlar özləri reyxstaqı qoyub qaçarkən fransızların “Böyük Karl” diviziyasına daxil olan batalyonu sonadək döyüşmüşdi. Şimali Afrikada fəallıq göstərən Rommelin 90-cı yüngül piyada diviziyası da fransızlardan təşkil olunmuşdu.

Комментариев нет:

Отправить комментарий