Avstriyanın “Der Standard” qəzetinın məlumatına görə, amerikan skafandrları texniki tələblərə cavab vermir və astronavtların həyatı üçün təhlükə yaradır. “Beynəlxalq Kosmik Stansiyada amerikanların istifadə etdiyi skafandrlar 40 il qabaq düzəldilmişdir və onların 15 ilə hesablanmış dizaynı köhnəlmişdir”- NASA-dan ekspertlər qrupu bildirmişdir. Ekspertlər qeyd edirlər ki, skafandr nə qədər köhnədirsə, onun astronavtın həyatı üçün riski də bir o qədər çoxdur. İtalyan astronavtı Luka Parmitanonun üzləşdiyi insident amerikan skafandrlarının necə bərbad vəziyyətdə olmasına bariz misaldır. 2013-cü ildə açıq kosmosda stansiyanın üzərinə kabel xətti çəkərkən gözlənilmədən Parmitanonun skafandrında sensorun işi dayandı və şlemin içinə su axdı. Parmitano az qala boğulub həyatını itirəcəkdi. O və amerikalı həmkarı təcili işi saxladılar və stansiyanın içinə qayıtmalı oldular. Əsaslı təhqiqat amerikan skafandrlarının acınacaqlı vəziyyətdə olduğunu üzə çıxardı.
Araşdırmalar göstərir ki, amerikanlar öz kosmik texnologiyalarını gələcəklə assosiasiya etsələr də, əsl həqiqətdə onlar bu sahədə də ruslardan qat-qat geridə qalmışlar. Amerikan “şattlları” köhnəlmiş və kifayət qədər gücü olmayan bort kompüterləri ilə uçsalar da, “Soyuz” kosmik gəmilərinin Rusiya proqramı Sovet dövründə hazırlanmış texnologiyaları əsaslı surətdə təkmilləşdirmişdir. “Der Standard” qəzetinin məlumatına görə müasir tələblərə cavab verən yeganə təhlükəsiz və rahat skafandrlar Rusiyanın “Orlan-MKS” skafandrlarıdır. Rus skafandrları amerikan skafandrlarından daha dözümlü və davamlıdırlar. Rus skafandrının çəkisi 114 kq olduğu halda amerikan skafandrının çəkisi 178 kq-dır. Amerikan skafandrlarından fərqli olaraq rus skafandrları avtomatik soyutma sisteminə malikdirlər. Bundan başqa, rus skafandrlarına maye axmasını xəbərdarlıq edən xüsusi siqnal qoyulmuşdur. Bu skafandrlar sınaqdan uğurla çıxmışlar və hal-hazırda kosmosda istifadə olunmaqdadır.
Комментариев нет:
Отправить комментарий