12.02.2019

Sabun yalanını ilk dəfə dünyaya tanınmış yəhudi falsifikatoru Simon Vizental təqdim etmişdir. O 1946-cı ildə yazırdı ki, “1942-ci ilin aprelindən 1945-ci ilin mayına kimi 900 min yəhudi sabun istehsalı üçün istifadə olunmuşdur”. Onun sözlərinə görə, almanlar “Yer üzünə bir daha freydlər, erlixlər, eynşteynlər gəlməsin deyə belə edirdilər”. Digər məqaləsində Vizental bir az da irəli gedərək almanların daha bir fantastik ölüm metodundan söz açır. O bildirir ki, almanlar əsirləri döşəməsi dəmirdən olan hamama doldururdular: “Hamam dolandan sonra almanlar yuxarıdakı duşu açaraq su buraxırdılar, eyni zamanda döşəməyə 5000 volt gücündə elektrik enerjisi verirdilər, nəticədə qısa çığırtıdan sonra hamının canı çıxırdı. Meyidləri daşıdıqdan sonra növbəti 500 nəfəri hamama doldururdular”. Məhz Vizentalın yalan-palanla dolu məqalələrindən sonra sabun haqqında mif bütün dünyanı dolaşmağa başladı. Sionistlər onun səylərini layiqincə qiymətləndirdilər. 1980-ci ildə ABŞ prezidenti Cimmi Karter göz yaşları içərisində Vizentala Konqress adından qızıl medal təqdim etdi. 1988-ci ildə digər ABŞ prezidenti Ronald Reyqan onu əsrin “həqiqi qəhrəmanı” adlandırdı. Almaniyada ona ali orden verildi. Los-Ancelesdə “Simon Vizental Mərkəzi” açıldı. Hollivud “qəhrəmanın” həyatına aid bir neçə təsirləndirici film çəkdi. Mossadın Vizentalın ayına 300 dollar maaş ödədiyi barədə də məlumatlar vardır.

Комментариев нет:

Отправить комментарий