12.02.2019

Sionist funksionerlər nasistlərə böyük ümidlər bəsləyirdilər. Onlar sevinirdilər ki, almanların qovması sayəsində Fələstində yəhudi əhalisinin sayı çoxalacaq və nəhayət ki “müqəddəs torpaqda” İsrail dövləti qurmaq mümkün olacaq. Fələstindən Almaniyaya yəhudi emiqrasiyasının perspektivlərini yerindəcə araşdırmaq məqsədilə bir birinin ardınca emissarlar göndərilməyə başlamışdı. Alman tarixçisi Xayns Xene göstərir ki, “Mossad”ın gələcək əməkdaşları Pino Qinsburq və Moşe Averbax Hitlerin yanına gedib emiqrasiyanın sürətləndirilməsi ilə bağlı danışıqlar aparırdılar. SS generalı Ernst Kaltenbrunner Nürnberqdə mühakimə olunarkən bildirmişdi ki, Reyxin xarici kəşfiyyat rəisi Valter Şellenberq Şimali Amerikanın Ravvinlər Şurası ilə mütəmadi danışıqlar aparırdı. 1933-cü ilin yayında Fələstinin tanınmiş sionist liderlərindən Artur Ruppin Almaniyaya gələrək nasist nəzəriyyəçisi, öz əsərləri ilə alman nasional-sosialistlərinin iqri siyasətinə ciddi təsir göstərmiş alim Qans Qünter ilə görüşmüşdü. Yene Universitetində keçirilən həmin görüşün nəticələrindən razı qalan Ruppin öz gündəliyində yazırdı: “Professor bizə dostcasına münasibət göstərir. O deyir ki, yəhudilər- arilərlə müqayisədə aşağı irq deyillər, sadəcə başqa irqdirlər, buradan o nəticə hasil olur ki, yəhudi məsələsinin həlli üçün yeni, düzgün yol tapmaq gərəkdir”.

Комментариев нет:

Отправить комментарий